SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Nərimanov RİH-in rəhbərliyi tərəfindən aldadılmış 76 ailə prezident İlham Əliyevə müraciət etdi:"Bu ailələr “ev vermək” adı ilə sərfəli vədlərlə aldadılaraq.."

17-05-2019, 11:11 | Oxunub: 12 399 |

Nərimanov RİH-in rəhbərliyi tərəfindən aldadılmış 76 ailə prezident İlham Əliyevə müraciət etdi:"Bu ailələr “ev vermək” adı ilə sərfəli vədlərlə aldadılaraq.."

Emtv.az xəbər verir ki,Azərbaycan Respublikasının prezidentinə ünvanlanmış və 1 surətidə yerli KİV-lərə elektron poçtuna göndərilmiş Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev və onun 1-ci müavini Şahmar İbadovun hərəkətlərindən bəhs edən şikayət məktubunu təqdim edirik:

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ
İLHAM ƏLİYEV CƏNABLARINA

İbtidai istintaqı Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılan və məhkəmə istintaqı Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən başa çatmış 160066056 saylı cinayət işi üzrə 75 (yetmiş beş) zərərçəkənlər tərəfindən

A Ç I Q M Ə K T U B
HÖRMƏTLİ PREZİDENT!

Sizin ölkəmizin davamlı tərəqqisinin təmin edilməsi üçün bütün sahələrdə həyata keçirdiyiniz islahatlarla yanaşı, 03 aprel 2019-cu il tarixli “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanınız Bakı Ağır Cinayətlər Məhkəməsində hakimlərin müstəqilliyini təmin etməklə məhkəmələrin fəaliyyətinə müdaxilələrin qarşısını almış, şəffaflığı artırmış, məhkəmə icraatının effektivliyini yüksəltmişdir və s.. Bütün bu göstərilənlərə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən korrupsiyanı «qanun», korrupsioneri isə «ədalətli» hökmdar» etdiyi – Nərimanov RİH-in başçısı Abidin Fərzəliyevin və onun birinci müavini Şahmar İbadovun mütəşəkkil korrupsiyasına himayədarlıq edildiyi və məqsədli şəkildə onların cinayətləri ümumiyyətlə, istintaqdan gizlədildiyi, bəzi hallarda isə bu cinayətlərə qiymət verilmədiyi, əvəzində isə sifarişlə 3 (üç) nəfərin Azərbaycan Respublikası CM-nin dələduzluq və vəzifə saxtakarlığı (178.3.2 və 313-cü) maddələrilə təqsirləndirilən 160066056 saylı cinayət işinin Bakı Ağır Cinayətlər Məhkəməsinin Kollegiyası tərəfindən (sədrlik edən hakim Novruz Kərimov) ləğv edilməsi və prokurorluq orqanları tərəfindən yeni cinayət işinin açılması üçün mövcud cinayətin aşağıda göstərilən məzmununun, obyektinin və subyektlərinin düzgün müəyyənləşdirilməsi bariz nümunədir. Bununla da adı çəkilən Məhkəmə Kollegiyası fəaliyyətində ədalət, qanunçuluq, qərəzsizlik, aşkarlıq, hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi və Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarında təsbit edilmiş ədalət mühakiməsinin digər prinsiplərinə riayət edildiyini göstərmişdir.

CİNAYƏTİN MƏZMUNU

Sosial vəziyyətləri çətin olan 220-dən çox ailə 7 (yeddi) ildir ki, Bakı şəhəri Nərimanov RİH-in başçısı Abidin Fərzəliyevin və onun birinci müavini Şahmar İbadovun mütəşəkkil korrupsiya, dələduzluq və quldurluq əməllərinin məngənəsində boğulur və acınacaqlı həyat tərzinə düçar olunmuşdur. Bu ailələr “ev vermək” adı ilə sərfəli vədlərlə aldadılaraq, onların dövlət layihələrinə uyğun olaraq sökülmüş evlərinə görə aldıqları konpensasiyalarını, kiçik evlərini və torpaq sahələrii satdırıb, banklardan kredit götüzdürüb, qohum-əqrabadan borc pul aldırtdırıb və s. cəmi 12.500.000,0 (on iki milyon beş yüz min) manatdan çox pullarını mənimsənilmişdir.

CİNAYƏTİN OBYEKTİ VƏ SUBYEKTLƏRİ

Hörmətli Prezident! Bu islahata qədər hakimlər çox vaxt prokurorluq orqanlarından qarşılarına gələn ittiham aktının tövsifini dəyişdirməyi cəsarət etmirdilər. Hal-hazırda isə adı çəkilən islahat ədalət mühakiməsinin keyfiyyətini və səmərəliliyini artırmaqla cəmiyyətdə məhkəmə hakimiyyətinin nüfuzunun artırılmasına və məhkəmələrə etimadın möhkəmləndirilməsinə dayanıqlı zəmin yaratmışdır.

Daha sonra teref.az onu da qeyd edib ki,bu yuxarıda göstərilənlərlə yanaşı, ölkəmizin davamlı tərəqqisinin təmin edilməsində Sizə uğurlar arzulayaraq öz minnətdarlığımızı bildiririk və ümid edirik ki, prokurorluq oranlarında da hal-hazırki məhkəmə-hüquq sisteminin islahatına uyğun cinayətkarlara himayədarlıq edilməklə sifarişlə cinayət işlərinin açılmasına, məhkəmələrdə belə dövlət ittihamlarının müdafiəsinə və protest verilməsinə son qoyulacaq, prokurorluq orqanlarının da cəmiyryətdə roluna yenidən baxılacaq, onların fəaliyyətləri beynəlxalq normalara və demokratik institutların tələblərinə uyğunlaşdırılacaqdır.


Sevinc Əlimova
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR