18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Abşeronda qız üstündə kütləvi dava ölümlə nəticələndi - Məhkəmə
Bakı Ağır Cinayətlər Məhkəməsində CM-nin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirli bilinən Bakı şəhər sakini Fəxri Şahbazlının cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Emtv.az yerli mətbuata istinadən bildirir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçiriləcək növbəti məhkəmə prosesi may ayının 20-nə təyin olunub.
Qeyd edək ki, hadisə ötən il iyulun 18-də Abşeron rayonu Hökməli kəndi ərazisindəki "At yalı" yaşayış massivində baş verib. Firma işçiləri olan F.Şahbazlı və digər iş yoldaşları su filtri satıb, evə qayıtmağa hazırlaşdıqları vaxt ərazidə yaşayan bir neçə gənc onlara yaxınlaşaraq söz atıb. Həmin gənclərin firma işçiləri olan qadınlara söz atması isə kütləvi davaya səbəb olub.
Hadisə zamanı firma işçisi, Bakı şəhər sakini 27 yaşlı F.Şahbazlı avtomobillərində olan deşici alətlə 24 yaşlı Fərid Qurbanovu vurub. F.Qurbanov çoxlu qan itirdiyi üçün xəstəxanada dünyasını dəyişib. Cinayəti törədən şəxs isə saxlanılıb.
Onun barəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.
Sevinc Əlimova
Emtv.az