SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Rövşən Rzayevin Qorbaçov fiaskosu: “Qaçqınkom” iqtidarı nədə geri salır?

16-05-2019, 12:29 | Oxunub: 12 020 |

Rövşən Rzayevin Qorbaçov fiaskosu: “Qaçqınkom” iqtidarı nədə geri salır?

“Qorbaçov var gücü ilə bu yenidənqurma adlanan maşının qazını basır. Eyni vaxtda da əyləci işə salır. Motor bütün aləmə səs salıb.

Bu, bizim aşkarlığımızdır. Maşın isə yerindən tərpənmir” – yazıçı Oljas Süleymanov qurultayda SSRİ-nin dağılma təhlükəsi barədə həyəcanla belə təsvirli danışırdı.

Onun bu ideal bənzətməsi ibrətamizdir: maşının qazını basır, əyləci paralel basır, o sürətlə motor hay-küy salır, lakin avtomobil tərpənmir, yəni yerində sayır.

Emtv.az xəbər verir ki, Azərbaycanda siyasi hakimiyyətin həyata keçirdiyi kadr islahatlarından biri olan Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsindəki sədr dəyişikliyi də həmin yenidənqurmanı, həmin motoru xatırladır.

Korrupsiyaya bulaşmış, oliqarxlaşmış Əli Həsənovu Rövşən Rzayevin əvəzləməsi heç nəyi dəyişmədi. Komitə yerində sayır, yerindən tərpənməyən maşın kimi uğultu yaratmaqdan başqa dinamikliyi, hərəkətliliyi yoxdur.

Siyasi iqtidar 1 milyon qaçqın və məcburi köçkünlərin problemlərinin həlli üçün böyük bir azman daşı yerindən oynatmışdı – Ə.Həsənovu fəaliyyətinin 20 illik yubileyində yola salmışdı.

Çünki “Qaçqınkom”da qan dəyişikliyinə hava, su kimi ehtiyac varıydı. R.Rzayevə göstərilən etimad isə böyük bir məsuliyyət yaradırdı…

İl 2019. “Qaçqınkom” sədri R.Rzayevin fəaliyyətinin 365 günü tamamdır. Bu müddətdə nələr dəyişib – kimisi intihar qalxır, kimisi mənzil növbəsinə dura bilmir, kimisinin müraciətinə baxılmır, kimiləri də Şüvəlandakı sanatoriyalarda zülm çəkir – uçuq bina, susuz Kərbəla səhrasına bənzər massiv, köçkünləri eşitməyən komitə…

R.Rzayev isə vədinə əməl etmir, Şüvəlandakı qaçqınları evlərlə köçürmür. Bu bir il ərzində “Qaçqınkom” şefi iki əməli ilə yadda qalıb: Ə.Həsənovdan qalan problemləri həll etməməsi və özünə 180 minlik “BMV” alıb sürməsi…

Bu komitə strateji baxımdan əhəmiyyət daşıyır. Ermənistanla informasiya müharibəsində “Qaçqınkom”un fəaliyyəti mediaya və dövlətə çox lazımdır.

Bu qurumun gördüyü işlərlə biz dünyaya və erməni cəmiyyətinə nümayiş etdiririk ki, köçkünlərə hansı diqqət, qayğı var və işğal edilmiş torpaqlarımızda ermənilər hansı vəziyyətdə yaşayırlar.

Lakin R.Rzayevin Qorbaçovsayağı “perestroyka”sı bizi hibrid savaşında uduzdurur. Ona görə ki qaçqınların komitənin fəaliyyətindən şikayətləri, yaşadıqları cəhhənəm əzabı, ağır şərait, müraciətlərin qulaqardı edilməsiu düşməni sevindirir, ona arqument qazandırır.

Prezident R.Rzayevi bu vəzifəyə təyin etməmişdi ki, özünə “BMV” alsın, təyin eləmişdi ki, 1 milyon yurd-yuvasından didərgin düşmüş vətəndaşımızın dərdlərinə şərik çıxsın.

Ancaq “Qaçqınkom” qaçqınların yarasına məlhəm olmadı. İqtidarın islahat siyasətinin əleyhinə işləyən bu fəaliyyət ciddi təhlillər aparmağı zəruri edir.

Ümumiyyətlə, hörmətli komitə sədri ona göstərilən etimadı doğrulda bilməyib.R.Rzayevə “yuxarılar” yaxşı işləmədiyi haqda işarələr etməkdədirlər.

R.Rzayevin bioqrafiyası və fəaliyyəti belə mülahizələrə səbəb olmuşdu ki, komitənin yeni sədri islahatçıdır, diqqətcildir, işləyəndir.

İlk günlərdə ürək açan proseslər getməkdəydi: strukturlarda kadr dəyişiklikləri, müraciətlərə operativ reaksiyalar, yataqxanalarda məskunlaşan köçkünlərlə görüşlər…Bəs sonra?

Sonrası isə türklər demiş, palavra! Məlum oldu ki, R.Rzayev komitə sədri vəzifəsində heçdə köklü yeniliklər etmək niyyətində deyilmiş.

Elə bu üzdən şikayətlərin sayı-hesabı yox, sosial şəbəkələr müraciətlərdən dolub – daşır.Belə idarəçilik nə prezidentə, nə 1 milyon köçkünə lazımdır…


Biz onlarla köçkünün internet resurslarındakı müraciətlərinə göstərə bilərik, heç birinə komitə rəhbərliyi reaksiya verməyib.

R.Rzayevin heç bir proqramı yoxdur: nə Şuşanın işğalı günü yallı gedən Paşinyana cavab verir, nə qaçqınlarla bir araya gələrək onlarla söhbət aparır, nə Qarabağ qaziləri ilə görüşür…

Axı prezident də belə tələb edir: xalqla işləyin, mənə şikayət gəlməsin. Haqlıdır!

Yəni, R.Rzayevin Ə.Həsənovun dövründən daha fərqli, daha pozitiv bir iş planı olacağı, 1 milyon qaçqının problemlərinə həssaslıqla yanaşacağı gözləntiləri vardı.

Elə bu üzdən şikayətlərin sayı – hesabı yox, sosial şəbəkələr müraciətlərdən dolub – daşır, Ə.Həsənov zamanında heç vaxt olmadığı kuryoz hadisə, yəni “Qaçqınkom” binasında intihara cəhd və s. ilaxır.

Belə desək, keçmiş sədrin 20 il ərzində edə bilmədiklərini yeni komitə rəhbəri son aylarda artıqlaması ilə həyata keçirdi, hamının matı – qutu qurudu.

Xatırladaq ki, Füzuli rayonundan məcburi köçkün Novruzzadə Natiq Nadir oğlu mənzil problemi ilə bağlı komitənin binasında intihara cəhd edib.

Daha sonra teref.az onu da qeyd edib ki,R.Rzayev bu vaxtadək Milli Məclisin deputatı olub.Onun deputat fəaliyyəti boyu da bir çox qalmaqallarda adı hallanıb.ABŞ-a sanksiya müəllifliyindən tutmuş, “yoxsulluq və işsizlik 5 faizə düşüb, xalqımız xoşbəxtdir” fikrinədək R.Rzayev bəzi müəmmalı addımlara imza atıb.

Hələ onun ötən il keçmiş erməni prezidenti SerjSərkisyanla görüş fotosunu demirik: nümayəndə heyətimiz başını dik tutduğu halda Rzayev Sərkisyanla əl tutub görüşəndə başını aşağı əyir.


Sevinc Əlimova
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR