18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
“Səbiş” adlı narkotacirdən ETİRAF: "Üstümdə də, evdə də var idi"
Binəqədi Rayon Polis İdarəsi 6-cı Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Biləcəri qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslər ifşa ediliblər.
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, əməliyyat nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ramil Hüseynov saxlanılıb.
Onun üzərində şəxsi axtarış aparılan zaman 1,003 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb.
R.Hüseynov ifadəsində narkotik vasitəni Biləcəri qəsəbəsində yaşayan "Səbiş" adlı şəxsdən aldığını bildirib.
Bölmə əməkdaşlarının keçirdikləri əlavə əməliyyat zamanı həmin şəxs, paytaxt sakini Səbinə Quliyeva da tutularaq istintaqa təqdim edilib.
Onun üzərində şəxsi axtarış aparılan zaman 50,020 qram, yaşadığı evdən isə əlavə olaraq 1 kiloqram 15 qram narkotik vasitə heroin aşkar edilərək götürülüb.
S.Quliyeva ifadəsində narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.
Səbinə Quliyeva - Saxlanılan şəxs: "6-cı bölmə polis işçiləri tutdu. Üstümdə 50 qram var idi. Evdə də heroin var idi. Aldığım heroini satdıqdan sonra pulu aldığım adama verəcəkdim".
Hər iki şəxs barəsində cinayət işi başlanılıb və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.
Nəzrin Abbaszadə
Emtv.az