18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Problemli kreditlər üzrə kompensasiyaların ödənilməsi üçün 430,6 mln. manat ayırılıb
Maliyyə Nazirliyi fiziki şəxslərin problemli kreditləri üzrə kompensasiyaların ödənilməsi üçün üç tranş çərçivəsində ümumilikdə 430,6 mln. manat ayırıb.
Emtv.az yerli mətbuata istinadən bildirir ki, bunu Maliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mais Piriyev bildirib.
Onun sözlərinə görə, "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının icrası olaraq Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən Maliyyə Nazirliyinə təqdim olunan siyahı əsasında 8-14 may tarixlərində müvafiq olaraq 53,5 mln. və 26,3 mln. manat vəsait bankların Mərkəzi Bankdakı müxbir hesablarına köçürülüb.
M.Piriyev qeyd edib: "Bundan əvvəl, 19 aprel tarixində Maliyyə Nazirliyi tərəfindən 350,8 mln. manat həcmində ilk tranş da nəzərə alınmaqla, bu günkü tarixə umumilikdə 430,6 mln. manat kompensasiya məbləğinin bankların, ləğvetmə prosesində olan bankların və poçt operatorunun Mərkəzi Bankdakı hesablarına köçürülməsi təmin edilib".
Aysu Əliyeva
Emtv.az