18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Şəbnəm savadsızlığını etiraf etdi: "Hər bir insanın eyibləri, bilmədikləri vardır"
Müğənni Şəbnəm Tovuzlu yerli telekanallar ilə qalmaqal yaşayıb.
Emtv.az yerli mətbbuata istinadən bildirir ki, sənətçi bildirib ki, bundan sonra sözügedən telekanalda heç bir verilişə çıxmayacaq:
"Reytinq cədvəlində adı olmayan verilişlər zəng edib, yalvarıb dəvət edirlər. Hörmət edirəm, "yox" demirəm və gedirəm. Sonra da başlayırlar müğənniləri "vurmağa". Bəsdirin. Daha mənə zəng etməyin. Mən verilişə gəlirəm, məktəbə imtahan verməyə yox. Başa düşdüm, siz məndən savadlısız, ağıllısız. Bunu kimə və niyə göstərirsiz? İmamlarımız buyurur ki, hər bir insanın eyibləri, bilmədikləri vardır. Heç kim istəməz ki, bu eyibləri başqaları bilsin.
Onlar özləri də bilmədiklərimizi bilir və qəsdən sual verirlər. Bilirdilər ki, mən cavabı deyə bilməyəcəm. Çalışırlar qarşılarındakı ifaçını əzsinlər. Bezmişəm bu durumdan. Siz bizləri hörmətsiz edirsiz. Hörmətli telekanalların əməkdaşları, istəmirəm sizin verilişlərə çıxmaq, məni daha dəvət etməyin".
Qeyd edək ki, verilişlərin birində Şəbnəmə sual ünvanlanmış, onun "Bu yaxınlarda Dubayda olmuşdum. Ora Avropa olmasa da, oraya yaxındır. Amerikada olmamışam. Rusiyanın bütün şəhərlərini gəzmişəm. Amerikanın özü, İtaliyanı deyə bilərəm. Yəni, Amerikanın - paytaxtını tanıyırıq da. Getməmişəm, bilmirəm" sözləri qalmaqala səbəb olmuşdu.
Aysu Əliyeva
Emtv.az