SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Syomin Britaniya XİN-ə cavab verdi: Azərbaycanda dürüst insanlar yaşayır

14-05-2019, 15:26 | Oxunub: 9 707 |

Syomin Britaniya XİN-ə cavab verdi: Azərbaycanda dürüst insanlar yaşayır

Xəbər verdiyimiz kimi, Britaniya XİN Avropa Liqasını izləmək üçün Bakıya gəlməyə hazırlaşan vətəndaşlarına (azarkeşlərə) bir sıra tövsiyələr ünvanlayıb. Xüsusilə britaniyalıların gecə saatlarında küçələrdə yalqız hərəkət etməməsi və ciblərində az məbləğdə nağd pul saxlamaları məsləhət görülür.

Emtv.az yerli mətbuata stinadən xəbər verir ki,Azərbaycan XİN buna dərhal rəsmi reaksiya verib: Nazirliyin rəsmisi Londondan olan həmkarlarının Azərbaycana aid səyahət tövsiyələrinin anlaşılan olmadığını və təəccüb doğurduğunu bildirib. Azərbaycanın paytaxtında bir sıra mötəbər beynəlxalq tədbirlərin – ilk Avropa oyunlarının, İslamiadanın, “Formula-1”in keçirildiyi xatırladılıb.

Tanınmış futbol məşqçisi, Rusiya çempionatının liderlərindən olan “Lokomotiv” klubunun baş məşqçisi Yuri Syomin “Moskva-Baku” portalına verdiyi müsahibədə bu xoşagəlməz halla bağlı fikirlərini bölüşüb. Syomin bir ildən çox Azərbaycanda işləyib və əslində, Bakıda futbol komandaları və azarkeşləri, onların rahatlıq və təhlükəsizliyi baxımından vəziyyətin nə yerdə olduğunu çox yaxşı bilir.

“Böyük Britaniya XİN-ə bir dəyərli məsləhət vermək istəyirəm. Britaniya Xarici İşlər Nazirliyi Avropa Liqasının finalında iştirak edəcək azarkeşlərin ölkəyə səfəri ərəfəsində fərqli tövsiyələrlə çıxış etməli idi. Azərbaycan haqqında bütöv bir broşür hazırlasaydılar, daha yaxşı olardı. Broşürün qısa məzmununu onlara deyə bilərəm.

“Əziz dostlar, siz gözəl ölkəyə qonaq gedirsiniz. Zəhmət olmasa, bu ölkənin tarixi, mədəniyyəti və möhtəşəm ənənələri ilə bağlı yazılanları oxuyun. Oxusanız, bilərsiniz ki, Azərbaycanda dürüst, zəhmetkeş insanlar yaşayır. Onlar futbolu çox sevirlər, qonaq qəbul etməyi çox sevirlər.

Özünüzü mədəni, nəzakətli və adekvat aparsanız, sizi böyük məmnuniyyətlə qonaq dəvət edəcəklər, inanılmaz dərəcədə dadlı yeməklərə qonaq edəcəklər, (çox təəccüblənəcəksiniz!) üstəlik, tamamilə pulsuz! Çünki bu (qonaqpərvərlik – red.) Azərbaycan ənənələrindən biridir...

Siz bütün xidmətlərində mükəmməl olan, dəbdəbəli hotellər görəcəksiniz, Bakının vəsfəgəlməz gözəlliyi gözünüzü oxşayacaq, özünüzə dərhal yeni dostlar qazanacaqsınız, sonra ora geri dönmək istəyəcəksiniz, dəfələrlə qayıtmaq istəyəcəksiniz”, - deyə Y.Syomin bildirib.


Aynurə Kərimova
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR