17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Erkin Erginə ağır itki - FOTO
Tanınmış vayner Erkin Erginə ağır itki üz verib.
Emtv.az yerli mətbuata istinadən bildirir ki, aktyorun atası, həkim Tərlan Zeynalov 56 yaşında vəfat edib. O, sosial şəbəkə hesabında bunları yazıb:
"Mən ən yaxın dostumu itirdim! Bioloji olaraq ata olmaq çox asan bir şeydir. Bəziləri ata ola bilmədikləri üçün üzülürlər. Halbuki, buna dəyməz! Ata olmaq üçün dünyaya oğul gətirməyə ehtiyac yoxdur. Ata ən yaxın dosta, hər nəyə baxmayaraq səninlə olan kəsə deyilir. Mən atamın ölümünə üzülmürəm. Çünki bu dünya ölümlü dünyadır. Hamı bir bəhanə ilə köçəcək bu dünyadan! Mən çox gözəl və möhtəşəm bir insanın dünyadan getməsinə üzülürəm. O mənim atam olmasaydı da , onu yenə sevəcəkdim. Çünki o çox yaxşı insan idi! Bütün bunları mən ona sağlığında demişəm! Son nəfəsində qulağına "Mən səni sevirəm" dedim. O da başıyla "hə" dedi. Sonra sual verdim ki, "sən də məni?" Dedi, hə! Çox sağol hər şey üçün, Tərlan!"
Qeyd edək ki, Erkin Ergin "Stand up Baku Comdey"-nin aparıcı üzvlərindəndir.
Nəzrin Abbaszadə
Emtv.az