18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Bərdədə 200 kq yararsız ət aşkarlanıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən əldə olunmuş məlumat əsasında Bərdə rayonunda istehlaka yararsız heyvan cəmdəyi aşkar olunub.
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, rayonun Səməd Vurğun küçəsində yaşayan Əli Xanış oğlu Məmmədova məxsus həyətyanı sahədən satış üçün nəzərdə tutulan ümumi çəkisi təxminən 200 kq olan istifadəyə yararsız heyvan cəmdəyi aşkar olunub.
Ətin orqanoleptik baxışı keçirilərkən qaralma, daxili orqanlarında patoloji dəyişiklik müəyyən edilib və istifadəyə yararsız olduğu təsdiq olunub.
Heyvan cəmdəyindən götürülən nümunələr laborator analizdən keçirilməsi məqsədi ilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutuna təqdim olunub.
Fakt üzrə araşdırma aparılır.
Qeyd edək, bundan əvvəl də Ə.Məmmədovun həyətyanı sahəsində dəfələrlə yararsız ət aşkarlanıb.
Daha əvvəl Göyçayda tərkibində xəstəlik törədiciləri olan 235 kq ət aşkarlanıb.
Nəzrin Abbaszadə
Emtv.az