SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Neft şirkətində İsgəndər Şirəli erası bitdi: Oliqarxın kapitalı və qara əməlləri üzə çıxır

13-05-2019, 13:26 | Oxunub: 11 036 |

Neft şirkətində İsgəndər Şirəli erası bitdi: Oliqarxın kapitalı və qara əməlləri üzə çıxır

Azərbaycanda məmurların vəzifədə uzun illər qalması artıq bir adətə çevrilib desək heçdə yanılmarıq. Dövlət qurumlarında uzun müddət vəzifədə işləyən məmurlarımızın bəziləri rəhbərlik etdikləri qurumları özlərinin şəxsi obyekti kimi idarə edirlər.

Belə qurumlardan biridə Dövlət Neft Şirkətinin Komleks Qazma İşləri Trestinin müdiri İsgəndər Şirəlidir. Emtv.az xəbər verir ki,bununla bağlı yerli mətbuata daxil olan məlumata görə Dövlət Neft Şirkətinin adı çəkilən idarəsinin müdiri vəzifəsində 20 ildən çoxdur işləyən İsgəndər Şirəli bu günlərdə vəzifəsi ilə vidalaşıb. Buna səbəb isə İsgəndər müəllim haqqında şirkət rəhbərliyinə və ölkə mətbuatına davamlı olaraq ünvanlanan şikayət məktubları,ilə yanaşı onun son günlər idarə daxilindəki qanunsuzluqlarının pik həddə çatması olub.

Mənbənin məlumatına görə Komleks Qazma İşləri Trestinə Racu Vəliyev adlı yeni baş mühəndis təyin olunub. Bütün kadrları qohumluq prinsipləri ilə təyin edən İsgəndər Şirəli bu təyinatı həzm etmək istəməyib və idarə daxilində gənc kadra qarşı açıq açığına kampaniya aparıb. Mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə İ.Şirəli tapşırıq verib ki, heç bir şöbə və idarə rəisi baş mühəndisə zəng etməsin və zənginə cavab verməsin, ona heç bir sənəd filan göstərməsinlər.

Racu Vəliyevi lazımsız fiqura çevirmək niyyəti güdən İsgəndər Şirəli iclasların birində açıq şəkildə ona bildirib ki, “bu Trestin tam sahibi mənəm, sən kimsən ki göndəriblər bura, səni əzib keçərəm üstündən”. Belə bir münasibəti qəbul etməyən R.Vəliyev ərizə yazaraq işdən çıxıb. Bunun ardınca proses ən yüksək səviyyədə araşdırılıb və nəticədə may ayından etibarən İsgəndər Şirəlinin özü də vəzifədən alınıb.

Onu da bildirək ki, Dövlət Neft Şirkətinin Komleks Qazma İşləri Tresti kimi böyük bir quruma 20 ildən artıq rəhbərlik edən İsgəndər Şirəli bu müddət ərzində böyük bir kapitala sahib olub. Bununla bağlı cumhuriyyet.az-a bəzi məlumat daxil olub. İ.Şirəlinin daşınmaz əmlak siyahısına aşağıdakılar daxildir: Ağ Şəhərdə 8 obyekt və 1 mənzil; köhnə Qaqarin körpüsünün yanında 1 obyekt və 1 mənzil; Həzi Aslanov ətrafında 5 mənzil, 3 torpaq sahəsi, 16 mərtədəbədə 2 mənzil -8 və 12-ci mərtəbələrdə; Gənclik metrosu yaxınlığında 1 beşotaqlı mənzil, Heydər Əliyev sarayı ətrafında 2 obyekt; Zabitlər bağında 2 obyekt; Bilgəh bağlarında 9 cu dalanda 2 bağ villası; Qaraçuxurda 104 saylı məktəblə üzbəüz 4 obyekt; Neftçala şəhərində 2 mənzil – biri şəhərdə, digəri dəniz qırağında; Neftçala rayonunda iribuynuzlu mal ferması və balıq vətəgəsi; Şamaxıda özünün dediyi kimi 2 kral evi. Deyilənə görə obyektlərin hər birində mühafizəçi saxlanılır.

İsgəndər Şirəlinin fəaliyyətinin ən ilginc məqamlarından biri də onun maliyyə məsələləri ilə bağlıdır. Mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə bütün maliyyə işləri və qara əməliyyatlar İranə adlı qız tərəfindən həyata keçirilir. İsgəndər Şirəlinin bütün gizlin hesablarından məlumatlı olan bu xanımın fəaliyyətinin gizli məqamları haqda növbəti yazımızda bəhs edəcəyik.

Sevinc Əlimova
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR