18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
“Sizinlə qanun çərçivəsində görüşəcəyəm” - Həbsdən çıxan Təranə danışdı
Prodüser Təranə Səmədova həbsdən çıxandan sonra ilk dəfə paylaşım edib.
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, o, anası və qızı Suellə olan fotolarını paylaşaraq, ürək sözlərini yazıb:
"Əslində, deyiləcək sözüm bəlkə də lap çoxdur, amma bu müddət mənə daha çox susmağı öyrətdi, ona görə də qısaca olaraq öz ailəmə, sevdiyimə və müəyyən insanlara bu müddət ərzində məni səbrlə və sevgiylə tək buraxmadıqlarına görə çox təşəkkür edirəm. Bir də.. bu müddət mənə bir şeyi də anlatdı - dostu düşməndən ayırmağı, bildim ki, həqiqi dostlarım kimlər imiş, özünü dost kimi qələmə verib, əslində, saxtakarlıq edənlər kimlər imiş...
Allah çox böyükdür, heç vaxt heç kimə pis şeylər arzulamamışam, amma elə buradaca həmin saxta "dostlar"a deyirəm ki, boş-boşuna özünüzü yorub, məni axtarmayın".
Prodüser onun ünvanına təhqir yazanları da unutmayıb:
"İstər öz səhifəmdə, istərsə də başqa səhifədə haqqımda xoşagəlməz şərhlər yazanlar, sizinlə qanun çərçivəsində görüşəcəm".
Qeyd edək ki, T.Səmədovanın barəsində Cinayət Məcəlləsinin 243.1-ci maddəsi ilə ittiham elan edilərək, bir il müddətinə azadlıqdan məhrum olunmuşdu. O, 6 ay sonra həbsdən azadlığa buraxılıb.
Aynurə Kərimova
Emtv.az