18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Arif Məlikov dəfn olundu - YENİLƏNİB - FOTO
16:54
Xalq artisti Arif Məlikov torpağa tapşırılıb.
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, mərhum I Fəxri xiyabanda dəfn olunub.
Dəfn mərasimində Mədəniyyət naziri Əbülfəs Qarayev, Təhsil naziri Ceyhun Bayramov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və başqaları iştirak edib.
Qeyd edək ki, A.Məlikov bu gün səhər saatlarında vəfat edib.
14:58
Xəbər verdiyimiz kimi, Xalq artisti, bəstəkar Arif Məlikov dünyasını dəyişib.
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, hazırda Bakı Musiqi Akademiyasında onunla vida mərasimi keçirilir.
Mərasimə mərhumun yaxınları, iş adamları və incəsənət nümayəndələri qatılıb. Məlikovun xanımı da onunla vidalaşmağa gələnlər arasında olub.
Qeyd edək ki, bəstəkarın vida mərasiminə Prezident İlham Əliyevin də qatılacağı gözlənilir.
Xatırladaq ki, Arif Məlikov 30 ildən artıq Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq kafedrasına rəhbərlik edib, Bəstəkarlar İttifaqının idarə heyətinin üzvü olub. O, 86 yaşında vəfat edib.
Aysu Əliyeva
Emtv.az