SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Azərbaycanda ilk dəfə Milli Yaylaq Festivalı keçiriləcək - FOTO

9-05-2019, 10:14 | Oxunub: 9 791 |

Azərbaycanda ilk dəfə Milli Yaylaq Festivalı keçiriləcək - FOTO

İyul-avqust ayları ərzində füsunkar gözəlliyi və əsrarəngiz təbiəti ilə görənləri heyran edən Gədəbəydə respublikamızda ilk dəfə olaraq milli-mədəni dəyərlərimizi, tariximizi və bir sıra ənənələrimizi özündə əks etdirən Milli Yaylaq Festivalı keçiriləcək.

Emtv.az yerli mətbuata istinadən bildirir ki, həmin aylar ərzində Gədəbəy rayonunun Miskinli yaylağının ərazisində orijinal üslubda "Yaylaq Yurdu" adlı etnoqəsəbənin yaradılacağı nəzərdə tutulub.

Etnoqəsəbənin ərazisində yaşayış yurdları (alaçıqlar) ilə yanaşı, Cıdır meydanı, Yaylaq (kənd təsərrüfatı) bazarı, Sənətkarlıq guşəsi, "Dədə Qorqud" ocağı (tamaşaçılar üçün səhnə), Yaylaq yatağı ( kənd təsərrüfatı heyvanları üçün yerlər), Pəhləvan meydanı (yarış sahəsi), "Aşıq Ələsgər" ocağı, Yaylaq süfrəsi (yaylaq mətbəxi) və digər tematik sahələr yaradılacaq.

Yaradılacaq etnoqəsəbənin iyul-avqust ayları ərzində turistlər və qonaqlar üçün fəaliyyət göstərəcəyi nəzərdə tutulub. Avqust ayının ilk yarısında etnoqəsəbənin ərazisində 3 gün ərzində genişmiqyaslı el şənliyi (etnoqrafik-mədəni-idman tədbiri) təşkil ediləcək.

Milli Yaylaq Festivalı şərti olaraq 3 hissədən ibarət olacaq: mədəni-etnoqrafik hissə, milli yaylaq (idman) oyunları və ekoetnoturizm.

Mədəni-etnoqrafik hissədə aşıqların deyişməsi, milli rəqslər (yallılar, cəngilər), xalq mahnıları, səhnələr, tamaşalar, əski xalq oyunları (dirədöymə, çilingağac, əzəldəyməz, müçük, aşıq-aşıq, molla-mindi) təşkil ediləcək, yaylaq mətbəx nümunələri (odun üzərində bişən xörəklər: dovğa, çoban buğlaması, sacüstü kətələr, kabablar və sair) bişiriləcək, qoçların, qurdbasarların (çoban itlərinin) və yerli yorğa atların sərgi-müsabiqəsi keçiriləcək, yaylaq və spesifik kənd təsərrüfatı məhsullarının, müalicəvi dağ bitkilərinin satış-yarmarkası olacaq.

Festival müddətində ölkəmizdə tolerantlıq və multikulturalizmin əyani nümayişi olaraq Azərbaycanda yaşayan müxtəlif etnik qrupların (avarlar, molokanlar, talışlar, yəhudilər, ləzgilər və sair) nümayəndələrinin mədəni proqramları və nümunəvi çıxışlarına yer veriləcək.

Milli yaylaq oyunları adlı hissədə Yaylaq (idman) oyunları şərti adı altında qədim tarixə malik yorğa at yarışları, atüstü oyunlar və milli idman növləri üzrə yarışmalar və nümunəvi çıxışlar təşkil olunacaq. Yorğa at yarışları (müxtəlif məsafələrdə və kateqoriyalarda), milli güləş yarışı, çaparaq at yarışları, çoban güləşi (Kəmər güləşi) keçiriləcək.

Bununla yanaşı, atlar üzərində igidlik, atüstü milli oyunlar (Çövkən, Baharbənd, Sürpapaq, Piyalə, Ər endir (atüstü güləş), Gərdək qaçırma, zorxana, kəndirbazlıq, oxatma kimi maraqlı oyun və yarışlar təqdim ediləcək.

Festivalda qonaqlar və turistlər arasında masa (ağacçəkmə) güləşi, Arkan (kəndir) dartma, nərd yarışı, "çuvalqaçdı" kimi kütləvi oyun-yarışmalar təşkil ediləcək.

Festivalın ekoetnoturizm hissəsində turistlər üçün xüsusi etnoqəsəbədə köhnə ənənəvi üslubda düzəldilmiş yurdlarda, dəyələrdə qalmaq imkanı yaradılacaq. "Yaylaq bir gün" adlı hissədə turistlər şərti olaraq XVIII əsrin ənənəvi yaylağına səyahət edəcəklər.

Etnoqrafik ekoqəsəbədə bir gün yaşamaq, inək və ya qoyun (keçi) otarmaq, onları sağmaq, ot biçmək (taya düzəltmək), atlara qulluq etmək, nehrə çalxalamaq, tətbiqi sənətlə məşğul olmaq, milli mətbəx nümunələri bişirmək və qidalanmaq, dəyədə gecələmək və sair kimi şərait yaradılacaq.

Bununla yanaşı, festival iştirakçıları üçün bölgənin məşhur yerlərinə - Koroğlu qalasına, Mahrasa məbədinə, Qız qalasına və digər tarixi məkanlara, maraqlı yerlərə atla gəzintilər, səyahətlər təşkil ediləcək. "Alman izləri" adlı xüsusi ekskursiyalar, habelə ayrı-ayrı məkanlara səyahət üçün imkan yaradılacaq.



Seymur Rəhimov
Emtv.az


Azərbaycanda ilk dəfə Milli Yaylaq Festivalı keçiriləcək - FOTO

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR