18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Pompeo Almaniya səfərini təxirə salıb, təcili İraqa getdi
ABŞ dövlət katibi Mayk Pompeo İranla artan gərginlik fonunda İraqa planlaşdırılmamış, təcili səfər edib.
Emtv.az xəbər verir ki,BBC-nin məlumatına görə, amerikalı ali diplomat bundan əvvəl İraq liderləri ilə görüş keçirmək üçün Almaniya səfərini təxirə salıb.
İraq səfəri ABŞ-ın regiona aviadaşıyıcı və “B-52” bombardmançılarını göndərdiyi bir vaxta təsadüf edir. ABŞ rəsmiləri hərbi dəniz qüvvələrinin İran sahilləri yaxınlığına göndərilməsinin Tehranın ABŞ qüvvələri və onun müttəfiqlərinə qarşı təhdidlərinə cavabı olduğunu bildirmişdi.
Xatırladaq ki, aprelin 8-də İran ABŞ ordusunun mərkəzi komandanlığını terrorçu qruplaşma olaraq tanıyıb, Yaxın Şərqdə olan bütün amerikalı hərbçiləri terrorçulara bərabər tutub.
Bundan əvvəl isə D.Tramp onun administrasiyasının İranın inqilab keşikçiləri korpusunu terrorçu qruplaşmalar siyahısına daxil etməyi planlaşdırdığını bəyan etmişdi.
Pompeo İraqa niyə gəlib?
ABŞ rəsmiləri Pompeonun Bağdada etdiyi dörd saatlıq səfərin təfsilatlarına varmır. Onun növbədənkənar səfər zamanı İraq Baş naziri Adil Əbdül-Mehdi ilə görüşdüyü bildirilir. İraq Baş naziri ilə danışıqlardan sonra keçirdiyi mətbuat konfransında, səfərin bilavasitə İranla münasibətlərdə yaranan son gərginliklə əlaqədar olduğunu təsdiqləyib.
Pompeo bildirib ki, “ABŞ İraqın suveren, müstəqil dövlət olaraq qalmasını təmin etməyə davam edəcək və ölkə rəhbərliyini buna əmin etmək üçün gəlib. O, İraqın İrandan enerji asılılığının azalmasında Bağdada kömək etmək niyyətində olduqlarını vurğulayıb.
Aysu Əliyeva
Emtv.az