17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Hərbi xidmət əlilindən İcra Hakimiyyətinə ittiham - “33 ildir evimi vermirlər”
Şabran sakini, II qrup əlil Elxan Şeydayev 33 ildir ki, güzəştli mənzil növbəsindədir.
Növbəsini illərlə gözləyən və tam hədəfə çatacağı bir zamanda naməlum səbəbdən ev növbəsi pozulur. Bunu əsas gətirən Şabran Rayon İcra Hakimiyyəti II qrup əlili 33 ildir ki, gözü yolda və evsiz qoyub.Emtv.az xəbər verir ki,bu iddia ilə yerli KİV-lərə müraciət edən Elxan Şeydayev probleminə cavabdeh olan Şabran Rayon İcra Hakimiyyətinin onun mənzil növbəsinin bərpa edilməsi öhdəliyindən hələ də yayındığını dilə gətirib.
1986-cı ildə mənzil üçün müraciət edən hərbi xidmət əlili 6 il sonra Şabran şəhərində güzəştli mənzil növbəsinə götürülüb. 1990-cı ildə mənzil növbəsində 7-ci, 1993-cü ildə isə 5-ci şəxs olub.Mənzil növbəsinin bərpası üçün dəfələrlə aidiyyati instansiyalara üz tutub və rəsmi müraciətlər edib.Amma 2007-ci ildə Şabranda yenidən güzəştli əhali üçün mənzil növbəsi yaradılıb.Onun növbəsi isə naməlum səbəbdən pozulub.Məcbur qalan Elxan Şeydayev 2012-ci ildə mənzil üçün daha bir müraciət edib. Bu dəfə o, növbədə 168-ci şəxs olub:
“Hərbi xidmət əlili kimi 33 ildir ki, mənzil növbəsindəyəm. 26 il əvvəl güzəştli mənzil növbəsində 5-ci şəxs olmuşam. Şabran Rayon İcra Hakimiyyəti növbəmi qəbul etmirdi. Baxmayaraq ki, dəfələrlə icra hakimiyyətinə bununla bağlı rəsmi sənədlər təqdim etmişəm. Sonrakı illərdə uzun müddət növbəmi tanımadılar. Bu səbəbdən də məcbur qalıb məhkəməyə üz tutdum.Təxminən 3 il əvvəl Şabran Rayon İcra Hakimiyyətinin başçısının birbaşa məsləhəti ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət etdim. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi mənim mənzil növbəmi təsdiqləyib və öhdəliyi Şabran Rayon İcra Hakimiyyətinin üzərinə qoyub.1993-cü ildə Şabran Rayon İcra Hakimiyyəti tərəfindən mənə verilən arayışlarda da göstərilir ki, həmin ildə mənzil növbəsində 5-ci şəxs olmuşam.
Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin qərarından sonra iddiaçı tərəf, yəni Şabran Rayon İcra Hakimiyyəti Apelyasiya Məhkəməsinə müraciət edib. Amma Apelyasiya Məhkəməsi Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin qərarını qüvvədə saxladı. Yəni təsdiqləndi ki, mən 1987-ci ildən ev növbəsindəyəm. İndi məsələ açıq qalıb və 4 aydır ki, Şabran Rayon İcra Hakimiyyətindən məktubuma heç bir cavab verilmir. Heç olmasa, cavab verilsin ki, mənzil növbəm tanınıb və ya 3, 5 ilə ev veriləcək. Vətəndaş və əlil olaraq məktubuma cavab almaq haqqımdır”.
62 yaşlı Elxan Şeydayev qəzetimizə müraciətində digər bir məsələyə də toxunub. O, deyib ki, dolanışığın çətinliyi səbəbində ödənişli əsaslarla təhsil alan qızının təhsil haqqını ödəməyə gücü yetmir və bu səbəbdən dövlətdən köməklik istəyir:
“Hazırda müəllim işləyirəm və 371 manat əməkhaqqı alıram. 30 ilə yaxın kirayələrdə qaldım və indi də ev sarıdan çətin durumdayam. Əlil olaraq dolana bilmirəm.Aldığım təqaüd 160 manatdır. Baxmayaraq ki, 40 il iş təcrübəm var. Əməkhaqqım isə kommunal xidmətlərə və dərmanlarıma güclə yetir.
Dövlətdən xahişim odur ki, qızımın təhsil haqqının ödənilməsində köməklik edilsin. Bununla bağlı Birinci Vitse-prezident Mehriban Əliyevaya rəsmi müraciət etmişdim. Xanım isə məktubumu Təhsil Nazirliyinə yönləndirib.Təhsil Nazirliyi isə Səhiyyə Nazirliyinə müraciət etməyimi məsləhət bilib.Çarəsiz vəziyyətdə qalmışam. Dövlət qurumlarının problemdən niyə yayındığını anlamıram. Sağ olsun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi. Vaxtilə müəyyən qədər mənə köməklik göstərib.Amma evlə bağlı hələ də Şabran Rayon İcra Hakimiyyətinin süründürməçiliyindən qurtula bilmirəm”.
Məsələ ilə bağlı Şabran Rayon İcra Hakimiyyəti başçısının müavini Mehdi Balabəyov cümhuriyət qəzetinə açıqlamasında Elxan Şeydayevin hazırda ev növbəsinə götürüldüyünü və bununla bağlı da şikayətçiyə rəsmi məktib ünvanladıqlarını bildirib:
“Bu köhnə söhbətdir. Vətəndaşa rəsmi məktub göndərilib və bildirilib ki, o rəsmi ev növbəsinə götürülüb. Əgər lazımdırsa, yenidən bizim ümumi şöbə ilə əlaqə saxlasın və təkrar məktub göndərilsin ”.
Seymur Rəhimov
Emtv.az