18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
İrandan Azərbaycana narkotik keçirmək istədi
Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında, piyada yolla İran İslam Respublikasından gələn Azərbaycan vətəndaşı Astara gömrük postunda saxlanılıb və onun üzərində şəxsi yoxlama aparılıb.
Emtv.az xəbər verir ki,Dövlət Gömrük Komitəsindən yerli mətbuata verilən məlumata görə, şəxsi yoxlama zamanı onun üzərində gömrük nəzarətindən gizlədilmiş, şəffaf rəngli sellofana bükülü 3 ədəd bağlama aşkarlanıb. Həmin bağlamalara baxış zamanı 1 ədəd bağlamada qablaşdırılması ilə birlikdə çəkisi 22 qram təşkil edən qara rəngli narkotik vasitə - tiryək, 1 ədəd bağlamada qablaşdırılması ilə birlikdə çəkisi 70 qram təşkil edən ağ rəngli, kristal formada psixotrop maddə - metamfetamin və 1 ədəd bağlamada isə qablaşdırılması ilə birlikdə çəkisi 77 qram olan açıq qəhvəyi rəngli narkotik vasitə-heroin aşkar olunub.
Xatırladaq ki, metamfetamin adlı preparat "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin I Siyahısı"na daxildir.
Faktla bağlı araşdırma aparılır.
Sevinc Əlimova
Emtv.az