17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
Qazlı suyun orqanizmə ziyanları
Gündəlik qida rasionuna daxil olan qazlı suların orqanizmə vurduğu zərərdən çoxları xəbərdar deyil.
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, mütəxəssislərin qənaətinə görə, gündə 1 şüşə qazlı su içmək xüsusilə uşaqlarda yaddaşın zəifləməsinə səbəb olur. Ona görə də həkimlər valideynlərə uşaqların şirin, qazlı sulardan istifadə etməsini minimuma endirməyi məsləhət görürlər.
Şirin qazlı içkilərin orqanizmə zərərli təsirinin daha çox olduğunu bildirən həkim-endokrinoloq Gülay Məmmədova deyib: "Xüsusilə də sintetik qablarda olan istər rəngli, istərsə də rəngsiz qazlı içkilərin uzun müddət saxlanılması orqanizmə mənfi təsir göstərir. Plastik qabların tərkibindəki bəzi kimyəvi materiallar suyun tərkibinə keçərək orqanizmə ziyan vurur". Aparılan laborator araşdırmalar göstərir ki, həddindən artıq şəkərli və qazlı su içənlərin qan təzyiqi çox vaxt yüksək olur, hətta insulta aparıb çıxara bilir. Üstəlik qazlı su diabet xəstələrində şəkərin miqdarının artması təhlükəsi yaradır.
Həkim-endokrinoloqun dediyinə görə, orqanizmin suya olan tələbatını ödəməyin ən yaxşı yolu adi, qatqısız və rəngsiz su içməkdir.
Seymur Rəhimov
Emtv.az