18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Şimali Makedoniyanın yeni prezidenti bəlli oldu
![]()
Şimali Makedoniyada keçirilən prezident seçkilərinin ikinci turunda bülletenlərin 99,5 faizi hesablanıb.
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, hakim Sosial-demokratlar partiyasının nümayəndəsi, 56 yaşlı Stevo Pendarovski 51,7 faiz səslə qələbə qazanıb.
Onun rəqibi, "BMPO-DPMNE" partiyasının üzvü Qordana Silyanovski-Davkova isə 44,7 faiz səslə məğlub olub.
Qeyd edək ki, ölkənin hazırkı prezidenti George İvanovdur. O, iki dəfə prezident seçilib.
Xatırladaq ki, Makedoniyanın adı bu ilin fevralında dəyişdirilərək Şimali Makedoniya adlandırılıb.
Nəzrin Abbaszadə
Emtv.az