18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
"Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətinə xalq dərin hörmət və ehtiramla yanaşır"-Əli Əhmədov
Bütün Azərbaycan xalqı bu gün ulu öndər Heydər Əliyevn xatirəsini dərin ehtiramla yad edir. Bu, təsadüfi deyil. Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətinə xalq dərin hörmət və ehtiramla yanaşır.
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədov Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə "Heydər Əliyev irsi və sosial siyasət" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
Ə.Əhmədov bildirib ki, Heydər Əliyevn xatirəsi nəinki insanların qəlbində yaşayır, eyni zamanda onun siyasəti bu gün də davam edir: "Bugünkü Azərbaycan Heydər Əliyev ideyalarının bariz nümunəsidir. Heydər Əliyevin böyük dövlətçilik təcrübəsində sosial məsələlər daim əhəmiyyətli yer tutub və bu da ulu öndərin insanların qəlbində yer tapmasının izahlarından biri ola bilər. Prezident İlham Əliyevin uğurla reallaşdırdığı siyasətin mərkəzində Azərbaycan vətəndaşlarının rifahı, sosial vəziyyətinin yaxşılaşdırılması kimi mühüm məsələlər dayanır. Ən mühüm məsələ, birincisi, vətəndaşın təhlükəsizliyinin təmin edilməsi, ikinci isə rifahının yaxşılaşdırılmasıdır. Azərbaycan dövləti hər iki vəzifəni layiqincə yerinə yetirib. İnsanların güzəranın yaxşılaşdırılması Prezident İlham Əliyevin siyasətinin ən başlıca istiqamətlərindəndir".
Baş nazirin müavini vurğulayıb ki, Prezident İlham Əliyev vətəndaşların rifahının yaxşılaşdırılması üçün daim addımlar atır: "Son bir neçə ayda Prezident tərəfindən imzalanan fərman və sərəncamlar vətəndaşların həyat səviyyəsinin yüksəlməsinə əhəmiyyətli dərəcədə təsir edib. Əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində bundan sonra da addımlar atılacaq".
Nəzrin Abbaszadə
Emtv.az