SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

"Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında fərman sahibkarlığın inkişafına və investisiyaların təşviqinə yönəlib"-Birinci vitse-prezidentin köməkçisi

6-05-2019, 11:22 | Oxunub: 8 402 |

"Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında fərman sahibkarlığın inkişafına və investisiyaların təşviqinə yönəlib"-Birinci vitse-prezidentin köməkçisi

Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanının bir çox hissəsi sahibkarlığın inkişafına, onların maraqlarının qorunmasına və investisiyaların təşviqinə yönəlib.

Emtv.az yerli mətbuata istinadən bildirir ki, bunu Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Gündüz Kərimov Bakıda "Azərbaycanda məhkəmə-hüquq islahatları: Azərbaycanda Amerika Ticarət Palatası ilə ictimai müzakirələr" mövzusunda keçirilən konfransda deyib.

G.Kərimov deyib ki, fərmanda Prezident tərəfindən müxtəlif dövlət qurumlarına, təşkilatlara müəyyən tapşırıq və tövsiyələr verilib: "Bu tövsiyələr və tapşırıqlar həmin sahədə müxtəlif qanun, fərman və sərəncam layihələrinin hazırlanması ilə bağlıdır. Fərman bir çox məsələləri əhatə edir. Məhkəməyə müraciət hüququndan başlayaraq məhkəmə qərarlarının icrasının təmin edilməsinə qədər. Ona görə də bu fərmanı strateji sənəd hesab etmək olar".

Birinci vitse-prezidentin köməkçisi vurğulayıb ki, fərmanda əksini tapan əsas məsələlərdən biri də sahibkarlıq fəaliyyəti ilə bağlı məsələlərə, mübahisələrə baxan yeni ixtsaslaşmış məhkəmənin yaradılmasının mümkünlüyüdür. Onun sözlərinə görə, bu sahədə ixtisaslamış, hüquq cəmiyyətinin etimadını qazanmış və dərin biliklərə malik olan hakimlərdən ibarət olan məhkəmənin olması bir hüquqi tarazlıq yaradacaq:

"Fərmanda, eyni zamanda süründürməçilik və digər neqativ halların aradan qaldırılması məsələsi də öz əksini tapıb. Bunu təmin etmək üçün hakimlərin müstəqilliyinin təmin edilməsi, onların sosial müdafiəsinin gücləndirilməsi, məhkəmələrin işinə müdaxilələrin qarşısının alınması, hakimlərin peşəkar səviyyəsinin qiymətləndirilməsi və hüquq pozuntularına yol verən hakimlərin intizam məsuliyyətinə cəlb edilməsinin labüdlüyü məsələsi də xüsusilə vurğulanıb. Biz bu məsələlərdə bütün biznes və hüquq ictimaiyyətini aktiv olmağa çağırırıq".

G.Kərimov əlavə edib ki, fərmanda, eyni zamanda elektron məhkəmə ilə bağlı məsələlər var: "Fərmanda Ədliyyə Nazirliyinə elektron məhkəmə sistemi ilə bağlı işlərin yekunlaşdırılması və həmin sistem daxilində də müxtəlif meyarlar əsasında və dünyanın aparıcı ölkələrinin təcrübəsinə əsasən qərarların effektiv axtarış sisteminin yaradılması da nəzərdə tutulub. Bu sistemin effektivliyi nəinki məhkəmə sistemi, eləcə də istənilən şəxs üçün məhkəmə qərarlarının şəffaflığı, ardıcıllığı və əlçatanlığını təmin edəcək".

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR