SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Stüardessa qəza anından danışdı: "...hər birinin yaxasından dartıb, itələyirdim"

6-05-2019, 10:29 | Oxunub: 11 417 |

Stüardessa qəza anından danışdı: "...hər birinin yaxasından dartıb, itələyirdim"

Moskvanın "Şeremetyevo" aeroportunda yanmış "Sukhoi Superjet 100" (SSJ-100) təyyarəsinin göyərtəsində olmuş stüardessa Tatyana Kasatkina sərnişinlərin təxliyyəsindən danışıb.

Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, onun hadisə ilə bağlı dedikləri "Baza" "Telegram" kanalında dərc olunub.

Kasatkinanın sözlərinə görə, təyyarə yüksək sürətlə hərəkətdə olan zaman təşviş içində olan insanlar yerlərindən qalxıb və çıxışa doğru qaçıblar. Onlar yaxınlarına zəng vurub, təyyarəni alov bürüdüyünü və düşməkdə olduğunu bildiriblər.

Təyyarənin eniş zolağında dayanmasından dərhal sonra stüardessa sərnişinləri təxliyə etməyə başlayıb.

"Hər şey o qədər tez baş verdi ki, bir saniyə belə vaxt yox idi. Təxliyəni gecikdirməsinlər deyə hər birinin yaxasından dartıb, itələyirdim", - deyə Kasatkina bildirib.

Stüardessa rabitə ilə bağlı problemlərin ildırımvurmadan sonra meydana gəldiyini təsdiqləyib. Göyərtənin sol tərəfi boyunca parlayış meydana gəldi, sonra hər şey qatı qara tüstüyə büründü.

Onun sözlərinə görə, təyyarənin daxilində alov müşahidə olunmasa da, illüminatorlar təyyarə dayanmazdan əvvəl əriməyə başlayıb.


Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR