18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Misir Mərdanov Əli İnsanova çağırış etdi: “Sən normal adam olsaydın”...
Keçmiş təhsil naziri Misir Mərdanov keçmiş səhiyyə naziri Əli İnsanova müraciət edib.
Emtv.az bildirir ki, Misir Mərdanov videomüraciətində Əli İnsanova bəzi suallar ünvanlayıb: "Vaxtilə döydüyün, söydüyün, təhqir etdiyin, aşağıladığın insanlarla necə bir yerdə yığışıb, məsləhətləşib iş aparacaqsan? Əli İnsanov, onda camaatın nifrətinin qarşısında dayana biləcəksənmi?"
Daha sonra reytinq.az onu da qeyd edib ki,Misir Mərdanov keçmiş naziri tutduğu yoldan geri çəkilməyə çağırıb: "Neçə ki, gec deyil, bu yaramaz əməllərindən geri çəkilməyin lazımdır. 73 yaşında olan bir insan getsin nəvələri, nəticələri ilə məşğul olsun. Təzədən sən gəlib aktiv, fəal siyasətə qoşula bilmərsən. Qoşulsan da, heç bir şey edə bilmərsən. Mən səni başa düşə bilmirəm. Sən əgər normal adam olsaydın, həbsdən cənab Prezidentin humanistliyi ilə azad olunandan sonra sənə vaxilə çörək vermiş, zirvələrə qaldırmış, səni nazir etmiş Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edərdin. Onun qarşısında diz çöküb deyərdin ki, məni bağışla, səhv etmişəm, üzr istəyirəm. Onda camaat səni başa düşərdi”.
Sevinc Əlimova
Emtv.az