17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
ŞURA MƏTBUATA QƏNİM KƏSİLİB - FOTOLARI
Azərbaycan Mətbuat Şurasının İdarə Heyəti heç bir səbəb olmadan bəzi kütləvi informasiya vasitələrinə qarşı irimiqyaslı şantaj və qarayaxma kampaniyaları hazırlayıb həyata keçirməkdədir.
Belə böhtan kampaniyalarının növbəti qurbanlarından biri kimi də Emtv.az saytı seçilib.
Artıq bir neçə müddətdir ki, MŞ-nın məsul fəzifəli şəxsləri mövcud olmayan şikayətlər əsasında Emtv.az saytına qarşı əsassız ittihamlar irəli sürürlər.
Bundan sonra saytın rəhbərliyindən heç bir hüquqi əsas olmadan şuranın İdarə Heyətinin iclasına gələrək, orada izahat verməsi tələb olunur.
Nəhayət, sayt rəhbərliyi heç bir iclasda iştirak etmədiyi halda MŞ-nın İdarə Heyəti mətbuata Emtv.az saytı ilə hansısa razılığa gəlindiyi barədə yalan məlumatlar verir.
Bütün bunlar o dərəcədə absurd səslənir ki, sıradan oxucular buna hətta inanmaya da bilərlər.
Lakin Emtv.az saytının rəhbərliyi bu baş verənlər barədə Azərbaycan Mətbuat Şurasının sədri cənab Əflatun Amaşova düz üç dəfə rəsmi məktubla müraciət edib.
Aşağıda həmin məktubların mətnini ictimaiyyətə təqdim edirik.
Bununla belə, MŞ öz qərəzli mövqeyindən yenə də əl çəkmir.
Bu günlərdə mətbuatda yayımlanan məlumatlarda bildirilir ki, MŞ-nın İdarə Heyəti aprelin 24-də növbəti iclas keçirib.
Məlumatda deyilir: “Azərbaycan Mətbuat Şurasına hesabat müddətində 214 müraciət daxil olub. Onlardan 138-i media orqanlarından şikayətdir. Şikayətlərin 124-ü Şuranın Katibliyində baxılib. 98 şikayət katiblikdə həllini tapıb, digər 26 şikayət isə baxılmaq üçün Şikayətlər üzrə Komissiyaya təqdim olunub.
Həmin şikayətlərin əsasında qərarlar çıxarılıb. 1 qəzetin adının yenidən Şuranın "qara siyahı"sına əlavə olunması barədə rəyə gəlinib və bununla bağlı materiallar "Reket jurnalistika"ya qarşı mübarizə Komissiyasına yönləndirilib.
Hesabat müddətində 10 media vasitəsinə xəbərdarlıq edilib ("Press.info, "Emtv.az", "Open.az, "İstixeber.info" və s.), 15-nə isə müvafiq tövsiyyələr verilib.”
Sual olunur, özü mətbu orqanlarına qəsdən yalan informasiya ötürən bu qurumun kimin barəsində hansısa qərarı çıxarmağa haqqı-hüququ ola bilər?
Yuxarıda təqdim etdiyimiz məktublardan MŞ-nın bütünlüklə öz rəhbər işçilərinin ambisiyalarının əsirinə çevrildiyi aşkar görünür.
Xalqına, dövlətinə vicdanla xidmət edən, ümumiyyətlə hansısa obyektə gedib pul istəməyi bacaracaq jurnalisti belə olmayan saytları isə, MŞ reketlikdə təqsirləndirməklə şantaj edir.
Əlbəttə ki, MŞ-nın bu tərzi daim gizlin qala bilməz.
Çünki bu qurum ən azındam artıq Emtv.az saytına ikinci bir seçim variantı qoymamışdır.
Bu səbəbdən də saytın rəhbərliyi olaraq, biz açıq mətnlə birbaşa ölkə rəhbərliyinə və bütün ictimaiyyətə müraciət etmək qərarına gəldik.
Hesab edirik ki, MŞ-nın özbaşınalıqlarına, əslində onların digər mətbu orqanlarına qarşı reket davranışlarına artıq son qoymağın vaxtı çatmışdır.
Hazırladı: Sevinc Əlimova,
Emtv.az