SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başa çatıb

3-05-2019, 17:45 | Oxunub: 6 893 |

V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başa çatıb

Bakıda keçirilən "Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq" şüarı altında V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bu gün öz işini yekunlaşdırıb.

Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, forumun bağlanış mərasimində çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev forum çərçivəsində səmərəli müzakirələrin və fikir mübadiləsinin aparıldığını bildirib. O qeyd edib ki, forum çərçivəsində 20-ə yaxın tədbir keçirilib. Nazir vurğulayıb ki, Bakı forum dünya miqyasında özünəməxsus, hörmətli və nüfuzlu yer tutur.

Ə.Qarayev bildirib ki, Azərbaycanın qlobal əhəmiyyət kəsb edən beynəlxalq tədbirlərə ev sahibliyi etməsi bir ənənə halına çevrilib. Nazirin sözlərinə görə, Azərbaycanın bu fəaliyyəti beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir:

Nazir vurğulayıb ki, bu cür forumlar eyni zamanda dünyanın müxtəlif ölkələrindən Azərbaycana gələn insanlara ölkədəki mövcud reallıqlarla tanış olmaq imkanı verir, bəşəriyyəti narahat edən mövzular ətrafında müzakirələr aparmağa imkan yaradır.

Daha sonra çıxış edən BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Migel Angel Moratinos, UNESCO baş direktorunun Sosial və humanitar elmlər üzrə müavini Nada əl-Naşif, İSESKO-nun baş direktoru Əbdüləziz Osman əl-Tüveycri, BMT-nin Ümumdünya Turizm Təşkilatının icraçı direktoru Manuel Butler Halter forumun təşkili üçün Azərbaycan hökumətinə təşəkkür edib və forumun yüksək səviyyədə təşkil olunduğunu diqqətə çatdırıblar.

Qeyd edək ki, Heydər Əliyev Mərkəzində "Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq" şüarı altında V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilib.

İki gün davam edən Forum Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və ISESCO-nun tərəfdaşlığı ilə keçirilib. Tədbirdə 100-dən çox ölkənin və 30-dan çox beynəlxalq təşkilatın yüksəksəviyyəli rəsmiləri iştirak ediblər.


Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR