SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

CƏLİLABAD TƏHSİL ŞÖBƏSİNİN MÜDİRİNƏ İTTİHAM - "... BİZİMKİ SAYI İTİRİB"

3-05-2019, 14:27 | Oxunub: 9 660 |

CƏLİLABAD TƏHSİL ŞÖBƏSİNİN MÜDİRİNƏ İTTİHAM - "... BİZİMKİ SAYI İTİRİB"

Emtv.az xəbər verir ki,Cəlilabadın təhsil şöbəsinin müdirinə rüşvət ittihamı səslənib. Bu dəfə ittihamın müəllifi sıradan biri deyil-filologia üzrə fəlsəfə doktoru, AYB üzvü, Cəlilabad rayonundakı Rauf Quliyev adına 3 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi rayonda və respublikada yetərincə tanınan yazıçı Bilal Alarlıdır. Bilal müəllim Cəlilabad rayon təhsilindəki özbaşınalığı, rüşvətin əndazədən çıxmasını özünün fb səhifəsində ictimailəşdirib.

Müəllif yazır: "Cəlilabad təhsil şöbə müdiri Qərənfil xanım, direktorlar bir ayda neçə dəfə və neçə manatdan pul yığmalıdır? Bizimki sayı itirib".

Xatırladaq ki, bu sayaq ittihamlar Cəlilabad Təhsil Şöbəsi ilə bağlı ilk deyil və belə görünür ki, son da olmayacaq. Cəlilabad rayon təhsilindəki "besperedel"lə bağlı dövrü mətbuatda tənqidi yazılar az qala həndəsi silsilə şəkilini alıb. Təəssüf ki, buna baxmayaraq nə rayon rəhbərliyi, nə də rayon təhsil şöbəsinin rəhbərliyi səslənən problemlərin həlli istiqamətində gərəkən addımı atmırlar.

2019-cu ilin fevral ayında RİHB-nın 33 nömrəli sərəncamı ilə Cəlilabad RTŞ-nin müdiri vəzifəsinə Qərənfil Qorxmaz qızı Əhmədova təyin edilib. Bu təyinata qədər isə Qərənfil xanım Cəlilabad şəhər 8 nömrəli humanitar və texniki fənlər təmayüllü məktəb-liseydə direktor vəzifəsində çalışıb...
Rayondakı qaynaqlarımızın bildirdiyinə görə Qərənfil Əhmədova ilə bağlı rəhbər olaraq ictimai rəy əvvəlki vəzifəsində də birmənalı olmayıb. RTŞ-nin müdiri kimi 3 aylıq fəaliyyətində də qazanılan yeganə artım bu sahədəki narazılıq dalğasının genişlənməsidir...

Daha sonra yenixeber.org onu da qeyd edib ki,Bilal müəllimin ittihamı ilə bağlı Cəlilabad Rayon Təhsil Şöbəsindən mövqe öyrənmək istiqamətindəki cəhdlərimiz uğursuz oldu.

Sevinc Əlimova
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR