17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
İŞ ADAMININ EVİNƏ BASQIN OLUB – Gömrük rəisinin qardaşıdır…
Gəncə şəhərində maskalı şəxslər evə basqın edib.
Emtv.az xəbər verir ki, cinayət hadisəsi Gəncənin “Mahrasa bağı” yaşayış massivində, Mikayıl Müşfiq küçəsində qeydə alınıb.
Belə ki, iki maskalı şəxs həmin ünvanda yerləşən fərdi evə basqın edərək onun sahibi Samir Müstafayevdən pul tələb ediblər və müəyyən məbləğ aldıqdan sonra hadisə yerindən qaçıblar.
İddiaya görə, quldurluq cinayətini törədənlər külli miqdarda pul aparıb.
Hadisə ilə bağlı polisə məlumat verilib, hər iki şəxsin müəyyənləşdirilməsi və saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.
Qeyd edək ki, zərərçəkmiş Gəncə şəhərində fəaliyyət göstərən “Delfin” marketlər şəbəkəsinin sahibidir.
Gununsesi.org-un araşdırmasına görə, Samir Mustafayev Qərb Ərazi Baş Gömrük İdarəsinin rəisi Süleyman Mustafayevin qardaşıdır.
Görünür, adıçəkilən şəxslərin böyük imkanlara maik olması cinayətkar dəstənin diqqətindən yayınmayıb.
Cinayətlə bağlı saytın əməkdaşı Gəncə şəhər Baş Polis İdarəsinin rəisi Əkbər İsmayılovla əlaqə saxlasa da, o, bu barədə danışmaqdan imtina edib.
Sevinc Əlimova
Emtv.az