17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Elinanın intiharından sonra onun oxuduğu məktəbdə "Məktəblinin dostları" fəaliyyətə başlayıb
Bakının 162 saylı orta məktəb şagirdi Elina Hacıyevanın özünü məktəb pəncərəsindən atmasından sonra həmin təhsil müəssisəsində də "Məktəblinin dostu" layihəsinin iştirakçıları fəaliyyət göstərməyə başlayıblar.
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, bunu "Məktəblinin dostu" layihəsinin rəhbəri Rüstəm Ağayev layihənin hesabat tədbirində çıxış edən zaman deyib.
O bildirib: "Elinanın intiharına qədər o məktəbdə məktəblinin dostları yox idi. Amma o hadisədən təxminən 10 gün sonra həmin məktəbdə də məktəblinin dostları fəaliyyətə başlayıb".
R.Ağayev məktəblinin dostlarının məktəb rəhbərliyinə tabe olmadıqlarını da söyləyib.
Onun sözlərinə görə, layihə yeni fəaliyyətə başlayanda bəzi məktəblərin tualetlərində şagirdlərin siqaret çəkməsi tez-tez müşahidə olunurdu. Lakin iştirakçıların müdaxiləsindən sonra layihənin cəlb olunduğu məktəblərin şagirdlərinin siqaret çəkməsi halları aradan qaldırılıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev deyib ki, "Məktəblinin dostları" layihəsi yeni fəaliyyətə başlayanda məktəb direktorları narahatlıq keçirirdilər:
"Çünki məktəbdə nə baş verirsə, bizim xəbərimiz olacaqdı. Hər günün sonunda bizə onların fəaliyyəti barədə hesabat daxil olur".
Nəzrin Abbaszadə
Emtv.az