18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Elmar Məmmədyarov Qananın xarici işlər naziri ilə görüşüb
5-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Azərbaycan Xarici İşlər nazirir Elmar Məmmədyarov Qana Respublikasının Xarici İşlər və Regional İnteqrasiya naziri Şirley Ayorkor Boçvey ilə görüşüb.
Emtv.az xəbər verir ki,Xarici İşlər Nazirliyi Mətbuat xidmətindən yerli mətbuata verilən məlumata görə, ölkəmizdə yenidən olmasından məmnunluğunu bildirən qanalı nazir tədbirin yüksək səviyyədə təşkilini xüsusilə qeyd edib.
Nazirlər iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparıblar. Tərəflər insanlararası təmasların daha da artırılması məqsədilə qanalı tələbələrin Azərbaycanda təhsil imkanlarını müzakirə ediblər.
Görüşdə Azərbaycanın Afrika İttifaqı ilə əməkdaşlığı məsələləri də nəzərdən keçirilib.
Görüş zamanı habelə, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Seymur Rəhimov
Emtv.az