17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
HACIBALA ABUTALIBOVLA KEÇMİŞ İŞÇİSİ ARASINDA ŞOK İTTİHAMLAR
Sabiq merin “koramal” dediyi Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədr müavini: “Hacıbala Abutalıbov məni təhdid etdiyinə görə tutduğum vəzifədən istefa vermişəm”
Emtv.az xəbər verir ki,Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı, baş nazirin müavini Hacıbala Abutalıbov mətbuatda onunla bağlı yayılan məlumatlara münasibət bildirib. BŞİH rəhbəri vəzifəsini icra edərkən dövlət əhəmiyyətli binaları öz qohumlarının adına qeyri-qanuni özəlləşdirməsi, sahibkarların mülklərini əlindən alması və icra hakimiyyətinin tikinti işlərini görən fəhlələrin məvacibini veməməsi ilə bağlı bir sıra saytlarda yayılan iddialardan danışan H.Abutalıbov bildirib ki, onun haqqında verilən informasiyalar yalan və iftiradır.
Sitat: “Yalan ayaq tutar, yeriməz. Verilən informasiyalarla dərc olunmuş sənədlər tamamilə bir-birini təkzib edir. Bu informasiyaları ötürən şəxs dövlət əmlakını mənimsəmə və vergidən yayınmaqda təqsirli bilinərək Cinayət Məcəlləsinin 179-cu və 213-cü maddələri ilə məhkum olunmuş Vidadi Əliyevdir. Bu, onun sənədləri saxtalaşdırma yolu ilə mənimsəmə və qanunsuz olaraq tikdiyi obyektlər haqqında məlumatlar aidiyyəti dövlət orqanlarına məlum olduqdan sonra öz gördüyü işləri ört-basdır etməyə çalışması və ona nail olmadıqda əvvəllər - məhkum olunduğu vaxtda istifadə etdiyi böhtan dolu bir şantajdır. Özəlləşdirmə ilə əlaqədar verilən informasiyaların mənə heç bir aidiyyəti yoxdur. Əminəm ki, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi qanunsuz olaraq heç bir obyekti özəlləşdirmir və özəlləşdirə də bilməz. Mən bu günə qədər mənəviyyatımı qoruya bilmişəm. Ümummilli lider Heydər Əliyevimizin yanına getməyə tələsən Hacıbala Abutalıbov bundan sonra mənəviyyatını yüzqat qorumalıdır və qorumağa çalışacaq. Zəhərli ilanın nə qədər günahı varsa da, ona zəhərverən koramalın günahı çox-çox böyükdür”.
Məsələ ilə bağlı unikal.org-a açıqlama verən sabiq Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədr müavini Vidadi Əliyev Abutalıbovun onunla bağlı ittihamlarını əsassız sayıb: “Hacıbala Abutalıbov hesab edir ki, onunla bağlı məlumatları mətbuata mən ötürmüşəm! Cavab olaraq deyirəm ki, bu belə deyil. Hacıbala Abutalıbov haqqımda yanlış düşünür. Onun mənimlə bağlı açıqlaması nə mənəviyyatıma, nə də əqidəmə uyğundur. Çünki mən onu hər zaman rəhbərim kimi, bu gün də respublikada mühüm postların birində işlədiyi üçün şəxsiyyətinə hörmət edirəm. Bütün bunlara baxmayaraq, o, haqqımda səhv düşünür. Guya mən onun barəsində hansısa ”məlumatlar" yaymışam. İmzam olmayan yerdə heç kimin haqqında danışmaram. Lazım olsa, hörmətli Hacıbala Abutalıbovla sivil qaydada, heç bir düşmənçilik olmadan, münasibətlərə xələl gətirmədən danışa bilərik".
Vidadi Əliyev baş nazirin müavini haqqında məhkumluq ifadəsini işlətməsinə də münasibət bildirib: “Abutalıbov məni yararsız insan adlandırdığına görə çox təəssüf edirəm. Qeyd edim ki, Abutalıbov müvafiq sərəncamı ilə məni Bakı Şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinin sədr müavini təyin edib. Hətta məni 2017-ci ilin may ayının 25-də 55 yaşım tamam olması münasibətilə Fəxri Fərmanla mükafatlandırıb. İclasda mənimlə bağlı xoş ifadələr səsləndirib. Digər tərəfdən, onu da deyim ki, ”Tərəqqi" medalı almağım üçün Hacıbala Abutalıbov müraciət etmişdi. Əgər mən doğrudan da “yararsız” adam idimsə, Hacıbala Abutalıbov bunları niyə edirdi? Yəqin ki, üzərimdə hər hansı məhkumluq olsaydı, məni o vəzifəyə təyin etməz, o adlar, mükafatlar verilməzdi. Məhz Hacıbala Abutalıbov məni təhdid etdiyinə görə tutduğum vəzifədən də istefa vermişəm".
Qeyd edək ki, H.Abutalıbov icra başçısı olarkən tez-tez bu cür iddialar mətbuatda tirajlanıb. Ekspertlər istənilən məmur haqqında bu cür məlumatlar ortaya atılarkən aidiyyəti qurumların araşdırmalar aparıb, açıqlama vermələrinin vacib olduğunu bildirirlər. Lakin hələ də sabiq icra başçısı ilə bağlı bu xəbərlərə münasibət sərgiləyən dövlət qurumu olmayıb.
Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa məhkəmə yolu ilə bu cür iddiaların doğru olub-olmamasının üzə çıxarılmasını daha doğru sayır: “Bu məlumatın mətbuata sızmasından daha önəmli məhkəmə predimeti olaraq məsələnin gündəmə gətirilməsi daha doğrudur. Hüquqi variantlara daha çox üz tutmaq lazımdır. Əgər insanların belə bir iddiası varsa, məhkəməyə müraciət edirlər və məhkəmə araşdırması nəticəsində məlum olur ki, həqiqətən də belə bir hal var. Açığı, vəzifədən gedəndən sonra insanlar haqqında yaxşı və ya pis məlumatlar onsuz da intensivləşir.
Çox da güman etmirəm ki, bu qədər müddət keçəndən sonra hansısa bir kompensasiya ödənməsin, yaxud hansısa bir addım atılmasın. Ola bilər ki, kimisə məbləğ aşağı olduğu üçün qane etməyib. Təbii ki, kompensasiya elə məsələdir ki, hamını razı salmaya bilər. Bununla bağlı biz də məsələlər qaldırmışıq ki, bu standartlar bir qədər fərqli olmalı, dəyişməlidir. Lakin konstitusiyada da qəbul olundu, sonra qanunlarda da var ki, artıq dövlət yaxud hansısa bir ehtiyac üçün bu təyin olunanda bunu mübahisələndirmək imkanı vətəndaşın çox vaxt xeyrinə olmur. Ola bilər ki, bundan narazılıq olsun. Amma ödənilməmə məsələsi real görünmür. Hər halda, belə bir iddia varsa, bu ancaq məhkəmə predimeti ola bilər. Problem məhkəmədə çözülə bilər.
Daha sonra yeni musavat onu da qeyd edib ki,məmur olanda nə olar ki? Hamı haqqında fikir deyilə bilər. Fikirlərin əsasının olmaması da normaldır. Bəzən haqlı olaraq çoxlu iradlar olur. Kimsə vəzifədən gedəndən sonra üzərinə bu cür ittihamlar yönəlir. Məhkəmə predmeti olsa, belə məsələlərə son qoymaq mümkündür. Vətəndaşın narazılığı varsa, sübutlar əsasında müraciətini etsin. İndiki halda məmurun təsir imkanları əvvəlki kimi deyilsə, o zaman vətəndaşlar nədən çəkinirlər? Məhkəmədə qalib gəlib, həmin vəsaiti ödəməyə məmuru məcbur etmək mümkündür. Konkret olaraq hansı bina özəlləşdirilsə, vətəndaşın bununla bağlı məhkəməyə müraciət etmək hüququ var. Çünki dövlət əmlakının müəyyən dərəcədə vətəndaşa aidiyyəti var. Bu baxımdan vətəndaşın iddia qaldırmaq hüququ mövcuddur. Jurnalist araşdırması ilə də bunu sübut etmək mümkündür. İddia məsələnin müzakirəsi üçün tam əsas vermir. Gərək bu, isbatlı, əsaslandırılmış şəkildə ortaya qoyulsun. Müraciət formasında rəsmi qeydiyyatdan keçən ərizə olduqdan sonra bu kimi məsələlərə münasibət bildirmək olar”.
Seymur Rəhimov
Emtv.az