17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Gömrükdə islahat anonsu: Paketdə nələr var? - "Gürcüstan modelinə keçid yeganə islahat olardı"
Dövlət Gömrük Komitəsində bır sıra dəyişikliklər baş versə də, bu sahədə mövcud olan çoxsaylı problemlər həll edilməmiş qalır.
Emtv.az xəbər verir ki, əvvəlki rəhbərliyin dövründə bu sahədə müşahidə olunan neqativ hallarla bağlı dəfələrlə müzakirələr aparılıb. Aydın Əliyevin vəzifədən uzaqlaşdırılmasından sonra bu sahədə müxtəlif islahatlar aparılsa da, hələ də komitənin fəaliyyəti tam şəffaf hesab edilmir. İslahatların davam etməsi ilə bağlı açıqlamalardan da aydın olur ki, şəffaflığın təmin olunması istiqamətində görüləsi işlər çoxdur.
Dövlət Gömrük Komitəsinin rəhbərliyi növbəti dəfə gömrük sahəsində böyük islahatları anons edib. Bildirilib ki, bir aydan sonra gömrük sahəsində böyük islahat gözlənilir. İslahatların birinci mərhələsi isə demək olar ki, həyata keçirilib. Açıqlamaya görə, ikinci böyük islahat paketi isə idxalla bağlı olacaq və onun tətbiqi ilə bağlı ictimaiyyətə, sahibkarlara məlumat veriləcək. Komitədən verilən açıqlamaya görə, "Yaşıl dəhliz" buraxılış sisteminin tətbiqindən sonra tranzit dəhlizinin potensialı 70 faizədək artıb. İxracın potensialı bu il ərzində 2,5 dəfə artıb (kənd təsərrüfatı məhsulları).
Qeyd edək ki, gömrük sahəsində həyata keçirilən və nəzərdə tutulan islahatlarla bağlı qurumun mətbuat xidməti ilə əlaqə saxlamaq istəsək də, cəhdlərimiz gün ərzində baş tutmayıb.
İqtisadçı Nazim Bəydəmirli “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, gömrük sistemində islahatların baş tutacağına o qədər də ümidli deyil:
“Bu sahədə bir islahat gözləyirəm - o da Dövlət Gömrük Komitəsinin mərkəzi icra hakimiyyəti orqanı olaraq ləğv olunması və onun bazasında ya Maliyyə, ya da Vergilər Nazirliyinin tərkibində gömrük xidmətinin yaranmasıdır. Gömrük Komitəsi dedikdə, insanların şüurunda yerlibazlıq, qohumbazlıq asosiasiya olunur. Son bir neçə ay ərzində komitədə guya daxili bazarı qorumaq məqsədilə idxalla bağlı aparılan islahatların məqsədi isə, tamamilə başqa yöndə olub. Jurnalistlərə maraqlı açıqlama verilmişdi:
“Yerli armatur istehsalçısı olan “Baku Steel”in rəhbərindən də soruşulub ki, sizə hansı qiymət sərf edir, beləliklə, gömrük qiyməti müəyyənləşdirilsin. Və İran armaturlarına 500 dollar tətbiq etdik”.
Bu açıqlama da göstərir ki, Dövlət Gömrük Komitəsi ölkədə olan inhisarçı istehsalçıların arxasında dayandığını etiraf etdi”.
Daha sonra dia.az onu da qeyd edib ki,Gömrük siyasətinin əsas məqsədinin daxili istehsalı stimullaşdırmaq olduğunu qeyd edən Nazim Bəydəmirlinin sözlərinə görə, son 5 ildə idxal ƏDV-sindən daxil olan məbləğin artımı, istehsalla bağlı Vergilər Nazirliyi xətti ilə daxil olan ƏDV-nin isə azalması Gömrük Komitəsinin qarşısına qoyduğu məqsədlərə çatmadığını göstərir:
“Marketlərdə də ilbəil istehsal deyil, idxal məhsullarının artdığı müşahidə olunur. Bu baxımdan da hesab edirəm ki, Dövlət Gömrük Komitəsinin ləğvi və Vergilər Nazirliyinə birləşdirilməsi, yəni Gürcüstan modelinə keçid yeganə islahat olardı. Çünki vergi ilə məşğul olan bir qurum olmalıdır. Gömrük Komitəsinin əsas proqnoz göstəricilərini artıran da onun idxal ƏDV-sindən və aksiz vergilərindən topladığı vəsaitlərdir. Bu rəqəmlər ilk baxışdan normal görünə bilər, amma bu, heç də komitənin fəaliyyətinin nəticəsi deyil. Yəni, Vergilər Nazirliyinin də gömrük statistikasını aparmasından irəli gəlir. Əslində, gömrükçülər idxalla bağlı rəqəmləri yayındıra bilmirlər”.
Aysu Əliyeva
Emtv.az