SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Sahil Babayevin işçiləri də belə narazılıq yaradır... - "Əvvəla biz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etdik..."

1-05-2019, 16:15 | Oxunub: 10 245 |

Sahil Babayevin işçiləri də belə narazılıq yaradır... - "Əvvəla biz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etdik..."

Bu gün, mayın 1-də bir qrup gözdən əlil Prezident Administrasiyası (PA) önündə aksiya keçirib.

Emtv.az xəbər verir ki,onlar əsasən iki məsələ ilə bağlı narazılıqlarını ifadə ediblər.

Şikayətçilər qeyd ediblər ki, onlara baxan şəxsə ödəniləcək 50 manat vəsaitdən ötrü ayrıca kart açılmasına ehtiyac yoxdur. «Əvvəla biz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etdik, sənəd toplanması barədə məlumat verdilər, bu da uzun sürən prosesdir. Odur ki, həmin vəsaitin də bizim əlilliyə görə müavinət aldığımız karta ödənilməsini istəyirik», – aksiya iştirakçılarından biri vurğulayıb.

Aksiya iştirakçıları deyiblər ki, əsas istəkləri ödənişlərin vahid kartda birləşdirilməsidir.

Onların bəziləri də, eyni zamanda, təqaüdlərinin ümumilikdə azlığından şikayətləniblər. Şikayətçilərin demələrinə görə, istəyirlər ki, Administrasiyanın məsul əməkdaşlarından kimsə onları qəbul etsin və sözlərini həmin şəxsə çatdırsınlar.

Bir müddətdən sonra gözdən əlillər PA-nın qarşısını tərk ediblər. Demələrinə görə, onlara bildirilib ki, şikayətləri araşdırılacaq.

Xatırladaq ki, bu il fevralın 25-də dövlət başçısı İlham Əliyevin əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında imzaladığı sərəncamda iki yeni prezident təqaüdü təsis edilib.

Daha sonra dia.az onu da qeyd edib ki,onların birində I qrup əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlara qulluq edənlərə 50 manat məbləğində prezident təqaüdünün təsis edilməsi nəzərdə tutulub.

Sevinc Əlimova
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR