SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Sahibkarlar bütün memarlıq və şəhərsalma qaydalarına əməl etməlidirlər-Prezident İlham Əliyev

1-05-2019, 13:09 | Oxunub: 12 102 |

 Sahibkarlar bütün memarlıq və şəhərsalma qaydalarına əməl etməlidirlər-Prezident İlham Əliyev

Sahibkarlar bütün memarlıq və şəhərsalma qaydalarına əməl etməlidirlər.

Emtv.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında yekun nitqində deyib.

İlham Əliyev bildirib ki, inşaat sektorunun inkişafına daha böyük diqqət göstərməliyik: "İnşaat sektorunda hazırda canlanma var. İnşaat sektorunda minlərlə, on minlərlə insan işləyir. Hazırda Bakı şəhərində 400-ə yaxın çoxmərtəbəli bina tikilir. Bu, onu göstərir ki, bu sektorda çox böyük canlanma, irəliləyiş var, tikinti materiallarının istehsalı artır. Yəni, inşaat sektoru iqtisadiyyat üçün çox böyük əhəmiyyət daşıyan sahədir. Burada, əlbəttə ki, dövlət tərəfindən sahibkarlara tam dəstək verilməlidir, bütün bürokratik əngəllər aradan qaldırılmalıdır. Əlbəttə ki, sahibkarlar da dövlət nəzarəti altında bütün memarlıq və şəhərsalma qaydalarına əməl etməlidirlər".

Dövlət başçısı söyləyib ki, Mənzil İnşaatı Dövlət Agentliyinin xətti ilə birinci sosial evlər layihəsi uğurla başa çatıb:

"Yasamal yaşayış kompleksi istifadəyə verilib. Mən bu kompleksin açılışında olmuşam. İndi isə ikinci layihə icra edilir - Hövsan qəsəbəsində. Orada indi 3 minə yaxın mənzil inşa edilir. Bu qurum - MİDA mənim təşəbbüsümlə yaradıldı və məhz sosial məna daşıyan bir layihədir. Sosial evlərin tikintisi minlərlə ailənin mənzillə təmin edilməsi üçün şərait yaradır. Bu, minlərlə iş yeri yaradır və eyni zamanda, inşaat sektoruna böyük təkan verir. Yəni, təkcə bir yaşayış kompleksində 3 minə yaxın mənzilin tikintisi görün nə qədər insanı bu işlərə cəlb edir, nə qədər sahibkarı işlə təmin edir".

Aynurə Kərimova
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR