17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Sosial müavinət və təqaüdlər artırılmış məbləğlərlə verildi
Artıq aprel ayı üzrə sosial müavinət və təqaüdlər artırılmış məbləğlərdə ödənilib.
Emtv.az xəbər verir ki,Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, eyni zamanda, sosial müavinət alan müharibə veteranlarına yeni təsis olunmuş aylıq təqaüd (80 manat) də verilib.
Əmək pensiyası alan I dərəcə əlilliyi olan şəxslər üçün 100 manat, onlara və həmçinin sağlamlıq imkanları məhdud uşaqlara qulluq edənlər üçün aylıq 50 manat, əmək pensiyası alan müharibə veteranları üçün aylıq 80 manat yeni təqaüdlərin verilməsi üçün isə normativ qaydaların layihəsi hazırlanaraq artıq təqdim edilib.
Qaydalar təsdiq edildikdən sonra həmin vətəndaşlardan sənədlər qəbul olunmaqla, onlara yeni təqaüdlərin təyin olunaraq gələn ayın sosial müavinət və ya pensiyaları ilə birgə verilməsi (aprel ayının da təqaüdü daxil olmaqla) təmin ediləcək.
Aynurə Kərimova
Emtv.az