18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Azərbaycanın yük təyyarəsi ilk dəfə İstanbulun yeni hava limanına eniş edib - FOTO
Azərbaycanın "Silk Way West Airlines" yük aviaşirkətinin "Boeing 747-8F" təyyarəsi İstanbul şəhərinin bu yaxınlarda açılan yeni hava limanında eniş edən "F" kateqoriyası üzrə ilk iri qabaritli yük təyyarəsi olub.
Emtv.az xəbər verir ki,"Silk Way West Airlines"ın mətbuat xidmətindən yerli mətbuata verilən məlumata görə, Bakı-İstanbul-Bakı reysinə Türkiyənin uzun illər yüksək peşəkar səviyyədə aviasiya xidmətləri təklif edən "Çelebi" şirkəti xidmət göstərib.
2012-ci ildə yarandığı gündən etibarən yük aviaşirkəti bütün dünya üzrə bir çox istiqamətləri əhatə etmək məqsədilə öz marşrut şəbəkəsini daim genişləndirir. "Silk Way West Airlines" doqquz "Boeing B747" təyyarəsi ilə Bakıdan Honkonq, Osaka, Seul, Dəkkə, Şanxay, Sinqapur, Kuala Lumpur, Çikaqo, Milan, Amsterdam, Lüksemburq, İstanbul, Dubay və s. kimi əsas nəqliyyat hablarına uçuşlar yerinə yetirir.
Yeni hava limanı İstanbulun Avropa hissəsindəki Arnavutköy rayonunda, şəhər mərkəzindən 35 kilometr aralıda yerləşir. Hava limanı həmçinin aprelin 7-dən etibarən Atatürk hava limanının bağlanmasından sonra oradan köçürülən bütün sərnişin aviareyslərinə xidmət edir.
Nəzrin Abbaszadə
Emtv.az