SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

"Mənlikləri və düşüncələri əskikdir" - Elnarədən sərt sözlər

29-04-2019, 10:02 | Oxunub: 10 120 |

"Mənlikləri və düşüncələri əskikdir" - Elnarədən sərt sözlər

Əməkdar artist Elnarə Abdullayeva "Övladıma müğənni qız almaram" mövzusuna yenidən toxunub.

Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, "Ən yaxşısı" verilişində qonaq olan xanəndə sərt açıqlaması ilə növbəti qalmaqalın təməlini qoyub:

"Sözü olan üzümə desin. Heç kimin haqqında heç nə danışmıram. Bu yaxınlarda oxuyanlardan bir neçəsi danışdı. "Özü də oxuyandı, niyə belə edir" deyirlər. Əvvəla, mən oxuyanam, mən mənəm. Mənim gəldiyim yoldan hamının xəbəri var. Allahım göydə bilir. O sözü deyən gətirib mənim ləpirimə ayağını qoymasın, qoya da bilməz. Mümkün də deyil...

İkincisi, ailəmə, övladlarıma vaxtında istədiyim qədər vaxt ayıra bilmədim. Qayınana, qayınatam, anam, atamı vaxtlı-vaxtında görə bilmədim. Ona görə də istəmirəm oğlum da gedib müğənni qız alsın. Elxanın (həyat yoldaşı - red.) çəkdiyini, istəmərəm oğlum çəksin. Niyə başımı xarab edirsiz?

Özləri "kimdirsə" yox, nədirsə, elə də danışırlar. Onların əskik xarakteri, mənlikləri və düşüncələri var. Mən nə deyirəm, sən nə deyirsən? Mənim sözümün qabağına nə deyəcəksən? Get al da... Neçə ildir oxuyanlar evlənir, ailəsinə gəlin gətirir. Bəs, niyə bu oxuyanları almırsınız? Nə oğul evləndirmişəm, nə qız köçürmüşəm. Yaxşı mənada deyirəm ki, çətindir. Özləri nədir o tərəfdən yanaşırlar.

Heç kimdən qorxmuram. Artıq-əskik hərəkətim yoxdur ki, gətirib qabağıma qoysunlar. 17 yaşından bəri əskik işim olmayıb. Cavan qız olmuşam, indi deyirlər oğlanı sevsin, tanısın. Mən oğlanla danışmamışam, sevməmişəm. Oğlan kimdir onla danışım. Düzgün deyil. Səhvlər buraxmamışam. Başıaçıq, qoluaçıq gəzmişəm, səhvimdir.
Əvvəl də belə açıqlama verdim, qanmadılar. Bu dəfə yenə deyirəm və son qoyuram".

Qeyd edək ki, Elnarənin "Müğənni qız almaram" ifadəsinə etiraz edənlər arasında əməkdar artist Röya Ayxan, müğənni Xatirə İslam və başqaları yer alıb


Seymur Rəhimov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR