17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Acı şokoladın 9 möhtəşəm faydası
Alimlər hər gün şokolad yeməyi məsləhət görürlər. Amma bu xəbərin pis tərəfi də var. Onlar yalnız tünd, acı şokolad yeməyi məsləhət görürlər. Şokoladın tərkibində kakao və şəkər az olarsa, faydaları bir o qədər çox olar.
Emtv.az yerli mətbuata istinadən acı şokolad yeməyin 6 müsbət təsirini təqdim edir:
1. 70-85% kakao miqdarına sahib 100 qram şokoladda gündəlik ehtiyacımız olan bir çox maddələr var:
- 11 qram qida lifi
- Gündəlik ehtiyacımız olan dəmirin 67%-i
- Gündəlik ehtiyacımız olan maqneziumun 58%-i
- Gündəlik ehtiyacımız olan manqanın 98%-i
- Gündəlik ehtiyacımız olan misin 89%-i
- Həmçinin böyük miqdarda potassium, fosfor, sink və selenium.
Lakin gündəlik sadəcə 20-30 qram qara şokolad istehlak etmək məsləhət görülür.
2. Qara şokolad qan təzyiqini tənzimləyir.
Yüksək və aşağı qan təzyiqindən əziyyət çəkənlər üçün qara şokolad yemək məsləhət görülür.
3. Qara şokoladın tərkibindəki flavonol maddəsi dərini günəşin zərərverici təsirindən müdafiə edir.
Belə ki, şokolad üz dərisində də qan axınını yaxşılaşdıraraq məsamələr arasında sıxlığı və dəridəki nəmlik səviyyəsini artırır.
4. Şokolad beyni işləməyə məcbur edir.
Onun tərkibində olan olifenol maddəsi qan dövranını, fenilalalin yaddaşı, teobromin və kofein iş qabiliyyətini yaxşılaşdırır. Bir parça qara şokolad insanı bir fincan qəhvədən daha yaxşı gümrahlaşdırır.
5. Acı şokoladın tərkibində yaşıl çayda və almada olandan daha çox antioksidant var.
Antioksidantlar sərbəst radikallarla mübarizə aparırlar. Bu hissəciklər xərçəngin, aterosklerozun, Altsheymer xəstəliyinin, diabetin, kataraktanın və bundan əlavə 50-ya yaxın təhlükəli xəstəliyin inkişafına səbəb olur.
6. Qara şokolad qadınlar üçün yaxşı afrodizyak hesab edilir.
İtaliya alimlərinin fikirlərinə görə, şokolad sevən qadınların seksual aktivliyi bu şirniyyatı sevməyənlərlə müqayisədə çox yüksək olur. Bunun səbəbi isə şokoladın tərkibində fenilalanin maddəsinin olmasıdır. Bu maddə endorfinin əmələ gəlməsini sürətləndirir.
7. Şokolad əhval-ruhiyyəni yaxşılaşdırır.
Kakao tozunun tərkibində stressi aradan qaldıran, əhvalı yüksəldən bir çox maddələr var. Həmçinin şokoladın tərkibində kannabinoid adlı maddə də var ki, bu maddə əhvala yaxşı təsir edir.
8. Ürək-damar xəstəlikləri ilə mübarizə aparır
Alimlər 50-64 yaşlı 55 min insanı qiymətləndirərək müəyyən ediblər ki, gün ərzində 30 qr şokolad yeyən insanlar 30% daha az ürək-damar xəstəliyinə tutulur.
9. Şokoladla öskürəyi sağaltmaq mümkündür.
Alimlərin bildirdiklərinə görə, şokolad öskürəyi, hətta ən təsirli dərmanlardan belə yaxşı sağaldır.
Seymur Rəhimov
Emtv.az