SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Abşeron Gənclər Şəhərciyində yeni açılan “Abşeron” restoranında dərəbəylikdi

27-04-2019, 10:56 | Oxunub: 10 914 |

Abşeron Gənclər Şəhərciyində yeni açılan “Abşeron” restoranında dərəbəylikdi

Emtv.az xəbər verir ki,Bakı-Sumqayıt magistral trasının kənarında yerləşən Abşeron Gənclər Şəhərciyində yeni fəaliyyətə başlayan “Abşeron” adlı restoranda istehlakçıların kütləvi aldadılması prosesi baş verir.

Həmin restoranın daimi müştərisi olan şəxsin yerli KİV-lərə verdiyi məlumata görə, yeni açılandan sonra bir neçə gün normal fəaliyyət göstərən restoranda hazırda əsl dərbəylik hökm sürür:

“Şəhərciyin əhalisi çoxdur. Burada normal bir restoran yox idi. “Abşeron” açılanda sevindik ki, istirahətimiz üçün normal bir məkan açıldı. İnsafən demək lazımdır ki, restoran çox ideal şəkildə təmir edilib. Ümumi zal və kabinetlər fəaliyyət göstərir. İlk günlərdə qiymətlər də normal idi. İndi isə menyuda göstərilən qiymətlə, yekun hesabdakı qiymətlər uyğun gəlmir. Bununla da istehlakçıların kütləvi aldadılması prosesi baş verir. Etiraz edən müştərilərlə çox kobud rəftar edilir. Axırıncı dəfə dostumla iki nəfərə 8 bakal pivə, bir ədəd tum, bir pors pendir, bir noxud, iki lahmacuna bizdən 32 manat aldılar. Pivəni də 300 qramlıq bakalda verirlər. Halbuki əvvəl eyni sifarişə qat-qat az pul alırdılar. Etiraz etdik, rəhbərlik bizə dedi ki, hara istəyirsiniz şikayət edin”.

Azinforum.az araşdırıb ki, sözügədən restoran əslən Naxçıvandan olan Məcnun adlı iş adamına məxsusdur. Həmin şəxsin restoranla üzbəüz “Abşeron” adlı çox böyük bir supermarketi də fəaliyyət göstərir. Abşeron rayonunun bütün qurumları ilə yaxın münasibət qurmağı bacardığı üçün, Məcnunun obyektlərində belə özbaşınalığın hökm sürdüyü bildirilir. Barəsində tənqid söylənilən restoranı hazırda Məcnunun bacısı oğlu idarə edir. Yəqin ki, bu tənqidi yazımızdan sonra Abşeron rayonunun əlaqədar qurumları sözügedən ünvanda baş verən ozbaşınalıqla bağlı lazımi tədbir görəcəklər.


Sevinc Əlimova
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR