18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
“Roman Abramoviç bizim adamdır” – Azad Rəhimov
Gənclər və idman naziri Azad Rəhimov Bakıda keçiriləcək UEFA Avropa Liqasının final matçı haqqında fikirlərini bölüşüb.
Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, A.Rəhimov hazırda ölkədə “Formula 1″in keçirildiyini və tezliklə Avropa Liqasının finalı kimi böyük hadisəyə ev sahibliyi edəcəklərini açıqlayıb.
O, yarımfinalda mübarizəni davam etdirən komandalardan “Çelsi”yə azarkeşlik edəcəyini söyləyib: “Finalda kimi görmək istəyirik? Həlledici oyunda əsla İngiltərə finalı istəmirəm. Hazırkı komandalardan “Çelsi”yə azarkeşlik edəcəyəm. Hər halda Roman Abramoviç bizim adamdır”.
Nazir “İngiltərəli azarkeşlərdən qorxursunuz?” sualını isə belə cavablandırıb: “Bilirəm ki, onlara xeyli pivə lazım olacaq. Amma biz hazırıq. Bütün pivə zavodları tam gücü ilə işləyir. Amma onların nəyisə dağıdacaqlarını düşünmürəm. Çünki başqa yerlərdə də dağıtmayıblar”.
Qeyd edək ki, Avropa Liqasının yarımfinalında “Arsenal” (İngiltərə) – “Valensiya” (İspaniya) və “Ayntraxt” (Almaniya) – “Çelsi” (İngiltərə) cütləri üz-üzə gələcək. Görüşlər mayın 2-də və 9-da keçiriləcək. Final matçı isə mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq.
Seymur Rəhimov,
Emtv.az