SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Ehtiyatda və istefada olan bir qrup hərbi qulluqçu Müdafiə Nazirliyinə çağırılıb

26-04-2019, 18:52 | Oxunub: 10 186 |

Ehtiyatda və istefada olan bir qrup hərbi qulluqçu Müdafiə Nazirliyinə çağırılıb

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində aprelin 26-da ehtiyatda və istefada olan bir qrup hərbi qulluqçu ilə görüş keçirilib.

Emtv.az xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, ümummilli lider Heydər Əliyev və Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Görüşdə çıxış edən Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən orduya göstərilən diqqət və qayğıdan söz açaraq ordu quruculuğu sahəsində aparılan islahatlar, əldə edilən uğurlar barədə ətraflı məlumat verib və bu yolda veteranların xidmətlərindən danışıb. O, gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmasında ehtiyatda və istefada olan hərbi qulluqçuların böyük rol oynadığını vurğulayaraq onların daha fəal olmalarını tövsiyə edib.

Veteranlar bu cür görüşlərin mütəmadi keçiriləcəyinə ümidvar olduqlarını bildirərək bəzi problemlərin həlli yolları barədə müzakirələr aparıb, səmərəli təkliflər irəli sürüb və bir sıra məsələlərin baxılması ilə əlaqədar müraciət ediblər.

Sonda birgə nahar təşkil olunub.

Seymur Rəhimov,
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR