18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Azərbaycanda gimnastikanın bütün növləri üzrə beynəlxalq yarışların keçirilməsi artıq ənənəyə çevrilib.
Azərbaycanda gimnastikanın bütün növləri üzrə beynəlxalq yarışların keçirilməsi artıq ənənəyə çevrilib..
Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, bunu Azərbaycan gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov Bakıda bədii gimnastika üzrə Dünya Kuboku yarışlarının açılış mərasimində çıxışı zamanı deyib
Nazir müavini qeyd edib ki, beynəlxalq arenada idman tədbirlərinin yüksək səviyyəli təşkilatçısı kimi tanınan Azərbaycan bu gün start götürəcək daha bir idman yarışına ev sahibliyi edir: "Ölkəmizin müstəqillik qazanmasından elə böyük vaxt ötməsə də, tarixi baxımdan bu qısa müddət ərzində Azərbaycan özünü dünya xəritəsində inkişafda olan, dinamik, müasir ölkə kimi təsdiq edə bilib. İqtisadi cəhətdən sürətlə inkişaf etməkdə olan dövlətimizin göstərdiyi qayğı sayəsində Azərbaycan idmanı da yüksək inkişaf səviyyəsinə çatıb. Azərbaycanın dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında bu sahədə aparılan düşünülmüş, məqsədyönlü dövlət siyasəti sayəsində Azərbaycan Avropanın və dünyanın tanınmış idman ölkələrindən birinə çevrilib. Artıq ölkəmizdə idmanın inkişafı mütəmadi səciyyə daşımaqdadır".
İ.İsmayılov əlavə edib ki, son illər müxtəlif səviyyəli beynəlxalq yarışların vətənimizdə keçirilməsi və idmançılarımızın ən mötəbər yarışlarda əldə etdiyi böyük uğurlar bunun əyani sübutudur: "Buna əsaslanaraq beynəlxalq qurumlar da tərəddüd etmədən irimiqyaslı yarışların keçirilməsini Azərbaycana həvalə edirlər. Azərbaycanın ən böyük və ən gözəl idman məkanlarından biri - Mili Gimnastika Arenası qapılarını bir daha bədii gimnastika peşəkarları və bu idman növünün pərəstişkarlarının üzünə açır".
Nazir müavini bildirib ki, Azərbaycanın Birinci vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyeva elm, təhsil, səhiyyə sahələrində fəal olan bir şəxs kimi idmana qayğı ilə yanaşması baxımından da çoxsaylı uğurların müəllifi olaraq tanınır: "2002-ci ilin oktyabrında Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçiləndən bu sahədə uğurlu inkişafın əsası qoyulub. Məqsədyönlü və səmərəli fəaliyyət nəticəsində ölkə gimnastikası özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Mehriban xanımın əzmkar rəhbərliyi sayəsində Azərbaycan gimnastikasına olan münasibət istər ölkə daxilində, istərsə də dünyada əsaslı şəkildə dəyişilib".
O vurğulayıb ki, ümumiyyətlə, son 16 ildə Bakı bir çox beynəlxalq gimnastika yarışlarına ev sahibliyi edib: "Ölkəmizdə gimnastikanın bütün növləri üzrə beynəlxalq yarışların keçirilməsi artıq ənənəyə çevrilib. Beynəlxalq tədbirlərin zəngin təcrübəyə əsaslanaraq yüksək səviyyədə təşkili, əlbəttə, ölkədə gimnastika növlərinin, o cümlədən bədii gimnastikanın inkişafına böyük təkan verir və gimnastika sevərlərin sayını ildən-ilə artırır. Bu yolun davamı olaraq növbəti dəfə təşkil olunan Dünya Kubokunda da arenaya toplaşacaq tamaşaçılar tanınmış bədii gimnastların təqdimatında zəriflik və əzmkarlığı əks etdirən gərgin mübarizənin şahidi olacaqlar".
İ.İsmayılov deyib ki, bu yarışda 39 ölkənin 200-dən çox idmançısının mükafatlar uğrunda mübarizə aparması Dünya Kubokunun gərgin mübarizə şəraitində kecəcəyinə, maraqlı və pozitiv olacağına əminlik yaradır: "Fürsətdən istifadə edib, ölkə idmanına göstərdikləri davamlı diqqət və qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə, ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlığımı ifadə edir, belə gözəl idman tədbirinin ölkəmizdə təşkilinə etimad göstərdiklərinə görə beynəlxalq idman qurumuna təşəkkürümü bildirir, idmançılara isə yaranmış bu imkandan bəhrələnərək layiqli mübarizə aparmağı və qələbə qazanmalarını arzu edirəm".
Rasim Mirzəyev
Emtv.az