SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

 Əlilliyi olduğu üçün evinə işıq, qaz çəkmirlər...

24-04-2019, 10:59 | Oxunub: 8 574 |

 Əlilliyi olduğu üçün evinə işıq, qaz çəkmirlər...

Emtv.az xəbər verir ki,Almas Əmirova qardaşı oğlu üçün əlaqədar qurumlara müraciət ünvanlayıb

“Qardaşım Oruc bir neçə il əvvəl xəstəlikdən vəfat edib. Oğlu, 3-cü qrup əliliyi olan Sərvər Əmirov tək qalıb. Onun yaşayış şəraiti və dolanışığı ağırdır. Evinə qaz və işıq çəkilmir. Nəticədə, qaranlıq, soyuq bir daxmada yaşamağa məcburdur”.

Şəkinin Baş Göynük kəndinin sakini Almas Əmirova belə deyir. O, 29 yaşlı qardaşı oğluna görə çox narahat olduğunu söyləyir:

“Onun yaşadığı daxmaya işıq və qaz çəkilməsi üçün dəfələrlə yerli orqanlara ərizə ilə müraciət etmişəm. Heç bir xeyri olmayıb. Qardaşım oğlu Sərvər fiziki cəhətdən güclü olsa da, son 3 ildir ki, qışı da, payızı da elektriki və qazı olmayan birotaqlı daxmada keçirib. Yazıq uşaq mağara şəraitində yaşamağa, daha doğrusu, mövcud olmağa məhkumdur”.

Almas Əmirova deyir ki, kənd əhalisi Sərvərin qeydinə qalır, ona əllərindən gələn köməyi göstərirlər. Ancaq bəzi şeylər var ki, onlar əhalinin əlindən gəlmir, gərək dövlət də kömək etsin:

“Aidiyyatı təşkilatlar onun evinə qaz və elektrik sayğacı qoydurub adam kimi yaşamasına imkan vermirlər. Sərvər pulu olmadığına görə Robinzon Kruzo kimi tək-tənha yaşayır. Çox sakit və avam olduğuna görə kənd sakinləridən bəziləri onu aldadaraq, gündəlik 2-3 manat pul verib öz təsərrüfatlarında qul kimi işlədirlər. Çarəsiz tifil də özünə çörək almaq üçün bütün əzablara qatlanır”.

Bibisi deyir ki, Sərvərin əlilliyə görə aldığı çox az təqaüddən başqa gəliri yoxdur. Hətta ünvanlı sosial yardıma da müraciət edib, verməyiblər:

“Axı o da insandır. Aldığı qəpik-quruş təqaüdünü dərmanlara veririk ki, xəstəliyi artmasın. Onun gündəlik quru çörəkdən başqa yeməyə heç nəyi olmur. Kim inanmırsa, kəndimizə gəlib, Sərvərin dəhşətli yaşam tərzinin şahidi ola bilər”.

Almas Əmirova qardaşı oğlu Sərvər Əmirovun işıqsız, qazsız, ağır vəziyyətdə yaşaması ilə bağlı Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, energetika naziri Pərviz Şahbazova, iqtisadiyyat naziri Şahin Mustafayevə, Azərbaycan Respublikasının Audit-Azərbaycan təşkilatına, SOCAR prezidenti Rövnəq Abdullayevə, “Azəriqaz” İB-nin sədri Əkbər Hacıyevə, Azərenerji ASC-nin sədri Baba Rzayevə, “Azərişıq” ASC -nin sədrinə, Ombudsman Aparatının sədri E.Süleymanovaya, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinə məktubla müraciət edib. Xahiş edib ki, tənha və əlil qardaşı oğlu Sərvərə bir vətəndaş olaraq işıq və qaz sayğaclarının qoyulması üçün aidiyyatı üzrə tapşırıqlar versinlər. (dia.az)

Sevinc Əlimova
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR