18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Azərbaycanda bu şəxslərin pensiyası artacaq - Dəyişiklik qəbul olundu
Azərbaycanda kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin hərbi qulluqçularının pensiyası yeni qayda ilə hesablanacaq.
Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb.
Dəyişikliyə əsasən, qanunun 1.0.5-ci maddəsinə "buraxıldığı günə" sözlərindən sonra "sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə" sözləri əlavə edilir.
Mövcud qanunvericiliyə əsasən kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin hərbi qulluqçularının pensiyası onların xidmətdən tərxis olunan günə aldıqları pul təminatından hesablanır. Qeyd olunan şəxslər xidmətdən tərxis olunmazdan əvvəl sərəncama götürülür, daha sonra isə xidmətdən tərxis olunurlar.
Belə olan halda onların pensiya hesablanan pul təminatının məbləği aşağı olur. Belə ki, bu hallarda birbaşa xidmətlə əlaqədar bəzi əlavələr (məxfi sənədlərlə iş, peşəkarlığa, mühüm tapşırıqlara, xidmətdə fərqlənməyə görə əlavələr) və sonrakı artımlar pensiyada nəzərə alınmır.
Qanuna dəyişiklik kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin pensiya təminatının yaxşılaşdırılması məqsədilə təqdim edilir.
Müzakirələrdən sonra dəyişikliklər səsə qoyularaq qəbul edilib.
Aynurə Kərimova,
Emtv.az