SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

51 icra məmuru vəzifəsindən azad olunub

22-04-2019, 19:17 | Oxunub: 13 933 |

 51 icra məmuru vəzifəsindən azad olunub

Son illər ərzində 170-dən çox icra məmuru ciddi intizam məsuliyyətinə cəlb edilib, onlardan 51-i tutduğu vəzifədən azad olunub və ya ədliyyə orqanlarından xaric edilib, 6 nəfərin qanun pozuntuları barədə materiallar istintaqa verilib.

Emtv.az xəbər verir ki, Ədliyyə Nazirliyindən verilən məlumata görə, nazirliyin icra xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi üzrə dövlət başçısının qarşıda qoyduğu vəzifələrlə bağlı bütün icra və probasiya qurumlarının, regional ədliyyə idarələri rəhbərlərinin iştirakı ilə ümumrespublika müşavirəsində deyilib.

İclasda mövcud problemlərlə bağlı yerli icra qurumlarının rəhbərləri dinlənilib. Fəaliyyətində kobud qanun pozuntularına yol vermiş icra məmurları barəsində qəti tədbirlər görülüb, 16 nəfər icra və probasiya qurumlarının əməkdaşları ciddi intizam məsuliyyətinə cəlb edilib, o cümlədən 3 nəfər ədliyyə orqanlarından xaric edilib və ya tutduğu vəzifədən azad olunub, bütün yerli qurumların rəhbərlərinə işlərində ciddi dönüş yaradılması tapşırılıb.

Neqativ hallara, o cümlədən qeyri-prosessual münasibətlərə yol verən işçilərlə bağlı bundan sonra da ən qəti tədbirlərin görüləcəyi vurğulanıb. Xidmətin işinin dövlət başçısının Fərmanından irəli gələn tələblərə uyğun qurulması, vətəndaş məmnunluğunun yüksəldilməsi, qanunvericiliyin tələblərinə, habelə etik davranış qaydalarına dönmədən əməl olunmasının vacibliyi qeyd olunub, tabe qurumların fəaliyyətinə tələbkarlığın və nəzarətin gücləndirilməsi, icra məmurlarının məsuliyyət hissinin və peşəkarlığının artırılması ilə bağlı və s. konkret tapşırıqlar verilib.

Aynurə Kərimova,
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR