18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Tramp Zelenskini seçkilərdə qalib gəlməsi münasibətilə təbrik edib
ABŞ prezidenti Donald Tramp Vladimir Zelenskini Ukraynada dünən keçirilən prezident seçkilərində qələbə münasibətilə təbrik edib.
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, bu barədə mənbələrə istinadən "Ukrainskaya pravda" nəşri bildirib.
"ABŞ prezidenti Donald Tramp Ukraynada prezident seçkilərinin qalibi Vladimir Zelenskiyə zəng vurub", - deyə nəşr namizədin qərargahındakı mənbələrə istinadən bildirib.
Qeyd edilir ki, Tramp danışığın gedişatında Zelenskini parlaq qələbə münasibətilə təbrik edib.
Məlumata görə, danışıq Amerika tərəfinin təşəbbüsü ilə keçirilib. Lakin təfərrüatlar hələ məlum deyil.
Hər iki ölkənin rəsmi orqanları danışıqların olub-olmaması barədə məlumat yaymayıb.
Seçkilərdə keçirilmiş milli "exit poll"un nəticələrinə görə, Vladimir Zelenski seçkilərin ikinci turunda qalib olub. Seçicilər arasında keçirilmiş rəy sorğusunun nəticələrinə görə, o, 73,2 faiz səs toplayıb.
Sevinc Əlimova
Emtv.az