18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Ələt-Astara yolunda ağır qəza: 4 yaşlı uşaq ölüb
Ötən gün Ələt-Astara avtomobil yolunda ağır qəza baş verib.
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə yolun Salyan rayon Yenikənd kəndindən keçən hissəsində qeydə alınıb. Əhlimanovlar ailəsinin olduğu "Oka" markalı "52-BF-103" dövlət nömrə nişanlı avtomobil sürücünün idarəetməni itirməsi nəticəsində yol kənarına aşıb.
Qəzada sürücü, 1985-ci il təvəllüdlü Səxavət Kəramət oğlu Rzayev sağ diz oynağının və sağ döş qəfəsinin əzilməsi, 1988-ci il təvəllüdlü Mayıl Babalar oğlu Əhlimanov sağ qabırğa sınıqları və onun həyat yoldaşı 1991-ci il təvəllüdlü Asudə Əliismayıl qızı Vəliyeva sağ gicgahın və sağ budun əzilməsi xəsarətləri ilə Salyan rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Hadisə zamanı 2015-ci il təvəllüdlü R.Əhlimanov aldığı xəsarətlərdən dünyasını dəyişib.
Sürücü və A.Vəliyeva həkim müayinəsindən sonra ambulator müalicəyə buraxılıb.
Aysu Əliyeva
Emtv.az