SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

İki güləşçimiz dünya reytinqində liderliyə yüksəldi

20-04-2019, 14:09 | Oxunub: 11 287 |

İki güləşçimiz dünya reytinqində liderliyə yüksəldi

Dünya Güləş Birliyi (UWW) ötən həftə Rumıniyanın paytaxtı Buxarestdə keçirilmiş Avropa çempionatının yekunlarına əsasən reytinq siyahısını yeniləyib.

Emtv.az Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, sərbəst güləşçilərin siyahısında müxtəlif çəkilər üzrə ilk "20-lik"də 11 yığma üzvü yer alıb.

Buxarestdə 8 illik fasilədən sonra 3-cü Avropa çempionluğunu qeyd edən Cəbrayıl Həsənov (79 kq) xalını 60-a çatdırıb və indi onunla eyni xala malik amerikalı dünya çempionu Kayl Daykla 1-2-ci yerləri bölüşür. Qitə birinciliyində fəxri kürsünün ən yüksək pilləsinə qalxan daha 2 sərbəst güləşçimiz - Hacı Əliyev (65 kq) və Şərif Şərifov (92 kq) da reytinqdə irəliləyib. Hacı 22 xalla 8-ci, Şərif isə 20 xalla 11-ci pillədə qərarlaşıb. 57 kq-da ilk "20-lik"də iki güləşçimiz var. Ötən il Kaspiyskdə Avropa çempionu olan Georgi Edişeraşvili aktivindəki 18 xalla ilk "10-luğ"u qapayır.

Ondan 2 xal geri qalan son Avropa çempionatının bürünc medalçısı Mahir Əmiraslanov isə 15-ci yerə yüksəlib. Buxarestdən gümüş medalla qayıdan Ağahüseyn Mustafayev (70 kq) 18 xalla 11-ci pilləyə irəliləyib. 74 kq-da iki yığma üzvü ilk "20-lik"dədir. Abubakr Abakarovla Hacımurad Hacıyev 16 xalla 13-14-cü yerləri bölüşür. Murad Süleymanov isə 86 kq-da bu qədər xalla 16-cıdır. 97 kq-da da millimizin iki üzvü ilk "20-lik"də yer alıb. Arslanbek Alborov 18 xalla 12-ci, ondan 2 xal geri qalan Nurməhəmməd Hacıyev isə 17-ci pillədə qərarlaşıb.

Yunan-Roma güləşində 6 güləşçimizin adı ilk "20-lik"dədir. Bu dəfə Avropa üçüncüsü olan Eldəniz Əzizli xalını 76-ya çatdırıb və 55 kq-da vahid liderliyə yüksəlib. Buxarestdə bürünc medalı boynundan asan Taleh Məmmədov (63 kq) 28 xalla ilk "5-liy"i qapayır. Zədə üzündən qitə birinciliyində iştirak etməyən Rəsul Çunayev (72 kq) 25 xalla 8-cidir. Elvin Mürsəliyevin (77 kq) aktivində 16 xal var və 12-ci yerdədir. Avropa ikincisi olan İslam Abbasov (87 kq) xalını 40-a çatdırıb və 4-cü pilləyə yüksəlib. Orxan Nuriyev (97 kq) isə 16 xalla 16-cıdır.

Qadın güləşində isə yığmanın 7 üzvü ön sıralardadır. Komandanın lideri Mariya Stadnik (50 kq) aktivindəki 40 xalla ilk "3-lüy"ü qapayır. 53 kq-da Anjela Doroqan (14) 16-cı, 57 kq-da Alyona Kolesnik (12) 15-ci, 59 kq-da Elmira Qəmbərova (16) 12-ci, 62 kq-da Tatyana Omelçenko (16) 13-cü, 65 kq-da Elis Manolova (20) 9-cu pillədə qərarlaşıb. İrina Netrebanın adı isə həm 65, həm də 68 kq-da ilk "20-lik"dədir. İrina 65 kq üzrə 25 xalla 6-cı, 68 kq-da isə 14 xalla 18-ci sıradadır.

Qeyd edək ki, Avropa və dünya çempionatı kimi nüfuzlu yarışlarda püşkatma zamanı reytinq siyahısı nəzərə alınır.


Elnur Abbasov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR