SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Şöbə müdiri İnstitut direktoruna qarşı sərt ittihamlar irəli sürdü - Dilçilik İnstitutunda “PLAGİAT” qalmaqalı davam edir

19-04-2019, 16:30 | Oxunub: 11 883 |

Şöbə müdiri İnstitut direktoruna qarşı sərt ittihamlar irəli sürdü - Dilçilik İnstitutunda “PLAGİAT” qalmaqalı davam edir


Emtv.az xəbər verir ki,bir neçə gün öncə mətbuatda Nəsimi adına Dilçilik İnstitutunun Elmi Şurasında şöbə müdiri, filologiya üzrə elmlər doktoru, professor İdris Abbasova şiddətli hücumların olduğu məlumatlar özünə yer almışdı. Həmin məlumatlarda deyilirdi ki, buna səbəb “Dilçilik Ensiklopediyası”nın tərtibçilərinin məlum plagiat haqqında mediada işıqlandırdığı bəyanatı onun öz feysbuk səhifəsində yayması olub.

İ.Abbasov “institutun maraqlarını nəzərə almamaqda və sirlərini yaymaqda” ittiham edilməklə institutun direktoru Möhsün Nağısoylu, Terminologiya şöbəsinin müdiri və sözügedən “İzahlı Dilçilik Terminləri Lüğəti”nin əsas “müəllifi” Sayalı Sadıqova, Monitorinq şöbəsinin müdiri Sevinc Əliyeva tərəfindən “zərərli fəaliyyət göstərməkdə” təqsirləndirilmişdi.

İ.Abbasovun facebook səhifəsində dünən axşam yazdığı sonuncu statusundan məlum olur ki, institut rəhbərliyinin şöbə müdirinə qarşı başlatdığı kampaniya hələ də davam etməkdədir. “İnstitut direktoru Möhsün Nağısoylu dəstə ilə üstümə nə qədər yerisə də, nəhəng plagiat faktını təkzib etməyəcəm. Qoy o, instituta direktor gəldiyi bu üç il müddətində təkcə qrant şəklində nə qədər pul mənimsədiyini və bunun müqabilində hansı işlər gördüyünü ictimaiyyətə açıqlasın.

Televiziya efirlərində, mətbuat səhifələrində şıdırğı “fəaliyyətiniz”, vəzifə səlahiyyətləriniz sizi nə vaxtadək xilas edəcək?! Bəs gördüyünüz iş hanı? “İzahlı dilçilik terminləri lüğəti?! İş görəni isə şərləyib uzaqlaşdırmağa çalışırsınız.” – deyə, şöbə müdiri institut direktoruna sərt suallar ünvanlayıb…
İ.Abbasov M.Nağısoyluya müraciət edərək yazır: “Elə bilirsiniz ki, mən getsəm, siz daha laübalı iş həyatı yaşayacaqsınız. Əsla!

Həqiqəti – baş redaktoru olduğunuz kitabın plagiat çıxdığını mətbuata təsdiq etdiyim üçün məni hər addımda təhdid edirsiniz. Hətta 12 aprel 2019-cu il tarixli elmi şurada mənə qarşı çıxmaqdan ötrü acımadan dahi Mirzə Kazımbəyin kitabının adını saxtakarlıqla birgə çəkirsiniz. Tam haqsız və yersiz olaraq!

Əfsus ki, nifrətinizi, kininizi gizlədə bilmirsiniz. Elə bir inamsızlıq mühiti yaratmısınız ki, elmi şurada, demək olar ki, hamı sabah şərə məruz qalmaması üçün telefonuna səs qeyd edir ki. Bu, biabırçılıqdır! Elmi mühit intriqalarla əvəzlənib. Elm müəssisəsində sanballı əsərlər yazmaq əvəzinə ucuz plagiatlıqla manipulyasiya edilir, süni qurduqları plagiarizm abidəsinə səcdə olunur.

Daha sonra dia.az onu da qeyd edib ki,PS. Müasir Qərb alimləri belə qənaətə gəliblər ki, plagiatlıq edib həqiqəti danan “alimlər”dən nə şər iş desən, gözləmək olar. Onlar allahsız və vicdansız olurlar. Plagiatçının səmimiyyəti və mərhəməti ola bilməz”.

Aysu Əliyeva
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR