17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Yuxusuzluq xəstəlikdir - İnsan gündə neçə saat yatmalıdır?
Yuxusuzluq son illər insanların ən çox əziyyət çəkdiyi problemlərdən biridir.
Yuxusuzluq ayrıca bir xəstəlik olduğu kimi bəzən depressiya, həyəcan pozuntusu və panikatakla yanaşı olur. Tibdə bu problemin adı insomnia (yuxusuzluq) adlandırılır və ondan insanların təxminən 25 faizi əziyyət çəkir. Alimlər yuxudan doymayan adamların bütün işləri ləng gördüyünü müəyyən ediblər. Yuxu rejminin pozulmasında yaranan yorğunluq isə çox vaxt daimi hal alır.
Yuxusuzluğun diqqətsizlik, əsəb və stress hallarından başqa daha ciddi fəsadlara səbəb olunduğu aşkar olunub. Ümumilikdə yuxusuzluq 90-dan çox xəstəliyin əlamətidir. ABŞ-da aparılan tədqiqatlara əsasən müəyyən olub ki, yuxunun pozulması piylənməyə və arterial təyziqin yüksəlməsinə səbəb ola bilər.
Mütəxəssislər yuxunun pozulması ilə bağlı bir neçə amil göstərirlər. Məsələn, günorta yuxusu, hava qaralmadan yatağa girmək, ağır şam yeməyi, yataq otagına gələn səs, işıq, gecəyə qədər davam edən iş və yaxud emosional gərginlik də yuxu pozuntularına səbəb olur. Bəzi hallarda yuxusuzluq həzm prosesinin pozulmasından irəli da gəlir, ona görə də qida rasionuna fikir vermək lazımdır. Mədənin dolu olması da yuxuya mane ola bilir.
Yuxusuzluqla üzləşməmək üçün əsas amillərdən biri sinir sisteminin normal fəaliyyət göstərməsidir. Alimlər qeyd ediblər ki, əgər beyin hüceyrələri kifayət qədər istirahət etmirsə, onlar əvvəlki kimi fəliyyət göstərə bilməyəcəklər. Zərər çəkmiş hüceyrələr əsəb pozğunluqlarına və mərkəzi sinir sisteminin işində problemlərə gətirib çıxaracaq.
Emtv.az yerli mətbuata istinadən bildirir ki, bu problemlə bağlı psixoloq Enur Rüstəmov modern.az-a danışıb: "Ümumiyyətlə həm fiziki, həm də psixoloji sağlamlığın mühim məqamlarından biri normal yuxu zamanının olmasıdır. Normal yuxu vaxtı norması insanda birbaşa həm fiziki, həm də psixoloji sağlamlığa mühim təsir göstərən faktordur. Bu gün bir çox narahatlıqların - söhbət psixoloji narahatlıqdan gedir- istər aqresiya, istərsə də əxlaq pozuntusu olsun, bir səbəbi də insanların yuxu vaxtının pozulması ilə bağlıdır. Buna təsir göstərən məqamlar içərisində ən mühümləri stress faktoru göstərilir. Əlavə olaraq insanların ifrat informasiya ilə yüklənməsi, xüsusən də internet resursları onların yuxu vaxtına təsir göstərir və bu da gərginliyə gətirib çıxarır".
Psixoloq sonda bildirib ki, çox yatmaq da bir narahatlıqdır. "İnsan 7-8 saat yatmalıdır ki, orqanizm özünü həm fiziki, həm də psixoloji cəhətdən bərpa etsin".
Nəzrin Abbaszadə
Emtv.az