SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Azərbaycan Avropa İttifaqı ilə sazişə hazırlaşır: gerçəklik və uydurmalar

17-04-2019, 13:46 | Oxunub: 9 918 |

Azərbaycan Avropa İttifaqı ilə sazişə hazırlaşır: gerçəklik və uydurmalar

Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında sazişin mətninin 90 faizdən çoxu artıq razılaşdırılıb.

Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Brüsseldə Azərbaycan-Aİ Əməkdaşlıq Şurasının iclasının yekunu üzrə mətbuat konfransında deyib.

Nazir bildirib ki, Azərbaycan Avropa İttifaqı ilə tərəfdaşlıq haqqında sazişə müxtəlif məsələlərin həllinə imkan yaradan mühüm baza sənədlərindən biri kimi baxır: "Biz fəxrlə deyə bilərik ki, sazişin mətninin 90 faizdən çoxu artıq razılaşdırılıb, qalan hissənin razılaşdırılması üzrə iş aparılır. Bütün sənədin gələn ay razılaşdırılacağını gözləyirik".

E.Məmmədyarov vurğulayıb ki, sazişlə bağlı həll olunmamış məsələlər var və bunların həlli üçün təkcə Azərbaycandan deyil, Aİ-dən də çeviklik tələb olunur.

Öz növbəsində, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini bildirib ki, Azərbaycan Aİ üçün çox mühüm tərəfdaşdır, Aİ ölkənin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünü tam dəstəkləyir:
Azərbaycan Avropa İttifaqı ilə sazişə hazırlaşır: gerçəklik və uydurmalar

Avropada hazırda bir neçə ölkədə separatizmin alovlandığını, rəsmi Brüsselin analoji sazişlərdə Gürcüstan və Ukraynanın ərazi bütövlüklərini tanıdıqlarını xatırlasaq prosedur çətin olmayacaq.

Onu da unutmayaq ki, AŞPA və ATƏT də bütün qətnamələrində (!) Azərbaycanın ərazi bütövlüyünün tanınmasını preambulada göstərib.

Yəni bəhs etdiyimiz prinsipin yenidən vurğulanması Avropa İttifaqının yürütdüyü siyasətin prioritetlərinə və dəyərlərinə qətiyyən zidd deyil.

Avropa İttifaqı ilə strateji əməkdaşlıq və tərəfdaşlıq sazişinin imzalanmasında Azərbaycan maraqlıdır.

Ölkənin yürütdüyü xarici siyasət komplimentarizm prinsiplərindən çox uzaq olaraq milli və dövlət maraqlarının təminatını ön plana çəkdiyindən belə anlaşma maraqlarımıza cavab verir.

Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva da təxminən eyni məzmunlu açıqlama ilə çıxış edib.

L.Abdullayeva deyib: "Son zamanlar bəzi KİV-də ölkəmizin Aİ ilə apardığı yeni saziş üzrə danışıqlara istinad edilərək, guya ki, Aİ-nin ölkəmizin ərazi bütövlüyünü dəstəkləmədiyi ilə bağlı məlumatlar yayılır. Bununla bağlı qeyd etmək istərdim ki, Azərbaycanla Avropa İttifaqı arasında yeni saziş üzrə danışıqlar davam etdirilir.

Sizi əmin edirəm ki, Aİ ilə Azərbaycan arasında imzalanmış digər ikitərəfli və çoxtərəfli sənədlərdə, Aİ institutları tərəfindən son illərdə qəbul edilmiş qətnamə və bəyanatlarda olduğu kimi Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü heç vaxt müzakirə predmedi olmayıb və ola da bilməz".

Digər məsələ isə Azərbaycanın Dünya Ticarət Təşkilatına üzvlük məsələsidir. Rəsmi Bakı bu məqamı ölkə iqtisadiyyatının qeyri-neft sektorunun inkişafının daha da intensivləşdirilməsindən sonra aktiv müzakirə etmək niyyətindədir. Bununla yanaşı, ölkədəki radikal müxalifətin "lider"lərindən və ölkə xaricində müxtəlif dövlətlərə sığınaraq bəlli mərkəzlərdən, təşkilatlardan və qüvvələrdən göstəriş, maliyyə və dəstək alaraq ölkəmizə düşmən kəsilmiş kəslərin iddialarının tam əksinə olaraq Dünya Ticarət Təşkilatı ilə bağlı Bakının mövqeyi heç bir halda Avropa İttifaqı ilə strateji tərəfaşlıq sazişinin imzalanması ilə ziddiyyət təşkil etmir.

Tam əksinə, Aİ ilə anlaşma ölkəmizin DTT-ə üzvlüyünü daha da sürətləndirəcək.

İstənilən halda Azərbaycanda aparılan genişmiqyaslı, köklü institusional islahatlar, hakimiyyətin başladığı və ekspertlər tərəfindən inqilab təki dəyərləndirilən siyasəti Avropa İttifaqı da dəstəkləyir.

Azərbaycana Avropa İttifaqı ilə strateji tərəfdaşlıq nə qədər önəmlidirsə, Avropa İttifaqı üçün Azərbaycanla əməkdaşlıq ondan dəfələrlə ümdə və vacibdir.
Azərbaycan Avropa İttifaqı ilə sazişə hazırlaşır: gerçəklik və uydurmalar
Azərbaycan Avropa İttifaqı ilə sazişə hazırlaşır: gerçəklik və uydurmalar
Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR