18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Elmar Məmmədyarov Polşada mühüm tədbirdə iştirak edib - FOTO
Polşa Respublikasına rəsmi səfəri çərçivəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov 1920-ci ildə Polşa Respublikası tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinin tanınmasına həsr edilmiş xatirə lövhəsinin açılışı mərasimində iştirak edib.
Emtv.az xəbər verir ki,Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən yerli mətbuata verilən məlumata görə, tədbirdə, həmçinin Polşa Respublikasının xarici işlər naziri Yaçek Çaputoviç də iştirak edib.
Mərasimdə çıxış edən nazir Elmar Məmmədyarov Azərbaycan və Polşa arasında tarixi əlaqələrin mövcud olduğunu qeyd edərək Azərbaycanın Polşadakı Səfirliyinin araşdırmaları nəticəsində Polşa arxivlərindən iki ölkə arasındakı münasibətlərə həsr olunmuş maraqlı sənədlərin üzə çıxdığını bildirib. Bu xüsusda, nazir Elmar Məmmədyarov 1920-ci ilin 13 fevral tarixində Polşa xarici işlər naziri Stanislav Patekin Azərbaycan Hökumətinə teleqram ünvanlayaraq Polşanın Azərbaycan Xalq Cümhuriyyətini de-fakto tanıdığını diqqətə çatdırıb. Həmçinin 1918-ci ildə Polşa diplomatı Vaslav Ostrovskinin Polşanın Azərbaycandakı diplomatik nümayəndəsi təyin olunduğu qeyd edilib. Nazir Elmar Məmmədyarov 100 il bundan öncə Polşa diplomatlarının Azərbaycan üçün göstərdiyi fəaliyyəti yüksək dəyərləndirərək, iki ölkə arasındakı bağların bugün də güclü olduğunu və tərəflər arasında strateji əlaqələrin mövcudluğunu qeyd edib.
Öz növbəsində Polşanın xarici işlər naziri Yaçek Çaputoviç iki ölkə arasında münasibətlərin tarixi əhəmiyyətinə həsr edilmiş xatirə lövhəsinin açılışını yüksək qiymətləndirib. Polşanın 100 il bundan öncə dövlətlərin suverenliyinin dəstəklənməsi istiqamətində fəal iş apardığını və bu siyasətin bugün də davam etdirildiyini qeyd edib. Polşalı mütəxəssislərin 20-ci əsr ərzində Azərbaycanın ictimai-siyasi həyatına verdiyi töhfəyə toxunan polşalı nazir Azərbaycanın neft hasilatı, Bakının arxitekturasının inkişafı və digər sahələri xüsusilə vurğulayıb.
Nazirlər Azərbaycan-Polşa münasibətlərinə dair ətraflı fikir mübadiləsini ikitərəfli görüşdə davam etdiriləcəyini vurğulayıblar.
Nəzrin Abbaszadə
Emtv.az